TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Sahibkarlığa dəstək
İspaniyada sahibkarlığa dövlət dəstəyi

İspaniyada kiçik sahibkarlığın formalaşması öz başlanğıcını keçən əsrin 70-ci illərindən götürür. Kiçik sahibkarlığın inkişafının yüksək səviyyəsi ölkə iqtisadiyyatının da yüksək səviyyədə olmasına imkan yaradırdı. Sahibkarlar ölkədə işsizliyin azalmasını təmin etdilər və ümumilikdə ölkədə iqtisadi vəziyyətin yaxşılaşmasına təsir etdilər.

Bütovlükdə İspaniya iqtisadiyyatında kiçik və orta müəssisələrin payı Avropa İttifaqının başqa ölkələrindən daha çoxdur. Kiçik və orta kateqoriyasına burada mövcud olan bütün müəssisələrin 99%-dən çoxu aid edilir. İspaniya iqtisadiyyatının özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq aparıcı rol xidmət sferası oynayır. Bir neçə il əvvəl bütün İspaniya iqtisadiyyatının "lokomotivi" yaşayış tikintisi sahəsi idi – həmçinin kiçik və orta müəssisələr də bu sahədə üstünlük təşkil edirdi.

Avropa ittifaqında qəbul edilmiş təsnifata görə kiçik və orta biznes müəssisələri üç qrupa bölünür: xüsusi kiçik – 10-dan az işçi, kiçik – 10-dan 50-ə qədər, və orta-ştatı 250 işçini ötmür.

Dövriyyəyə görə İspaniyada müəssisələr belə təsnif edilir:

İspaniyada belə müəssisələrin sayı cəmi 3,3 milyondur. Ölkədə bütün işləyən əhalinin 78%-nin toplaşdığı kiçik müəssisələr ölkədə daxili ümumi məhsulun ümumi həcminin 68%-ni təmin edir. Ancaq bu müəssisələrin əksəriyyəti çox xırdadır: onların 80%-dən çoxu ən çox üç işçidən ibarətdir.

İspaniyada kiçik sahibkarlığın dəstəklənməsinə və inkişafına yönəldilmiş bir sıra proqramlar mövcuddur. Ölkə hökuməti kiçik sahibkarlığın o subyektlərinə daha çox diqqət ayırır ki, onlar tələbələr, qadınlar, immiqrantlar və s., kimi sosial cəhətdən müdafiəsiz vətəndaşlar üçün əlavə iş yerlərinin yaradılması yolu ilə ölkənin sosial siyasətində aktiv iştirak edir, həmçinin iqtisadi göstəriciləri aşağı olan regionların inkişafına kömək edirlər.

İspaniya hökuməti elm tutumlu sahələrin inkişafına və elmi nailiyyətlərin çoxalmasına böyük diqqət ayırır. Kiçik sahibkarlığın inkişaf proqramları Almaniya, Fransa, Böyük Britaniya və Avropanın bu kimi bir çox ölkələrinə yayılan Avropa proqramlarına əsaslanır.

Dövlət çoxlu sayda müxtəlif təşkilat və fondlar yaradaraq kiçik sahibkarlığın dəstəklənməsinə yardım edir. Belə təşkilatlar iki qrupa bölünür və onlara Avropa Birliyi ölkələrinin ərazisində kiçik sahibkarlığı dəstəkləyən cəmiyyətlər daxil olur.

Birinci qrupa qarşılıqlı zəmanət verən cəmiyyətlər (QZC)    daxildir. Bu müəssisələr kiçik biznesin inkişafı üçün kreditlərin alınması məqsədi ilə girov kimi öz mülkiyyətlərini verir və ya zaminlərlə çıxış edərək kreditorlara zəmanət verirlər.

İspaniyada QZC kiçik sahibkarlığın daxili maliyyələşdirmə mənbələrinin axtarışı üçün xüsusi prinsip tətbiq edir. Bu könüllü ödəmələr prinsipidir. QZC inkişafını stimullaşdırmaq və onlara etibarı artırmaq üçün İspaniya hökuməti QZC fəaliyyətini tənzimləyən və dövlət tərəfindən müəyyən zəmanətlər və maliyyə dəstəyi nəzərdə tutan xüsusi qanun qəbul edib. Qeyd etmək lazımdır ki, QZC –lər qarşılıqlı maliyyələşdirmə cəmiyyətlərindən (QMC) fərqlənirlər. QZC kreditlərin verilməsi üzrə əməliyyatlar həyata keçirmirlər, yalnız maliyyə müəssisələrinə və banklara öz üzvləri üçün konkret sahibkarlıq layihələrinə kreditlər verilərkən zəmanət verirlər. Bu halda QZC layihələrin reallaşdırılması və gəlirliliyi üzrə ekspert qiymətləndirməsi keçirirlər. Beləliklə, QZC maliyyə əməliyyatları yerinə yetirmirlər, onların fəaliyyəti daha mülayim normativ aktlarla tənzimlənir və onlara başlanğıc fəaliyyətlər üçün mötəbər maliyyə vəsaiti lazım deyil. QZC  fəaliyyətini nizama salan İspaniya qanunvericiliyində nəzərdə tutulmuşdur ki, böyük layihələr üçün kreditləşdirmə həll edilərkən QZC şəxsi vəsaitləri zəmanət üçün kifayət etmədikdə dövlət özü həmin layihə üçün mötəbər zəmanət verir.

İkinci qrup kiçik sahibkarlıq subyektlərini maliyyələşdirən, onlara sərmayə qoyan və subsidiyalar verən qarşılıqlı maliyyələşdirmə təşkilatlarını özündə birləşdirir. Bu qrupa İspaniyanın rəsmi Dövlət Kredit İnstitutu daxildir. Bu İnstitut haqqında aşağıda daha ətraflı məlumat verilir.

Bundan başqa, İspaniyada kiçik sahibkarlığın maraqlarını müdafiə edən çoxlu sayda təşkilat mövcuddur. Buna nümunə kimi kiçik biznes Assosiasiyası və hər şəhərdə filialları açılmış sənaye-ticarət palatası göstərilə bilər.

İspaniyanın kiçik və orta biznes müəssisələrinə maliyyə dəstəyi verən təşkilatlardan dörd əsas təşkilat daha çox seçilir:

Bu təşkilat özündə bir tərəfdən dövlət maliyyələşdirmə agentliyini, digər tərəfdən investisiyalar və inkişaf bankını birləşdirir. Onun xətti ilə üç əsas proqram maliyyələşdirilir: 1) xaricdə ispan investisiyalarına yardım, 2) sənaye nəqliyyat vasitələrinin əvəs edilməsi planı, 3) fəaliyyəti yeni investisiyaların generasiya edilməsinə yönəldilmiş kiçik və orta müəssisələrin əsas fondlarının maliyyələşdirilməsi.  Kiçik və orta müəssisələrə dəstək proqramı arasında "Linea PYME" proqramı ən əhəmiyyətli hesab edilir.

Dövlət Kredit İnstitutu (bundan sonra - IСО) 1971-ci ildə İspaniya dövlət banklarının fəaliyyətlərinin əlaqələndirilməsinə məsul bir təşkilat kimi yaradılıb. ICO yaradılması məqsədləri və əsas funksiyaları xüsusi qanunla tənzimlənir.

1988-ci ildə yeni qəbul edilmiş qanunla ICO dövlət kredit institutu kimi yenidən quruldu və dövlət inkişaf bankı statusunu aldı.

Yeni banka digər dövlət bankları, o cümlədən Sənayenin kreditləşdirilməsi bankı, Kənd təsərrüfatının kreditləşdirilməsi bankı, Yerli hakimiyyət orqanlarının kreditləşdirilməsi Bankı, İspaniya İpoteka bankı da daxil oldular. Bundan başqa ICO İspaniya Xarici ticarət bankının əsas səhmdarı oldu.

Bu andan etibarən maliyyə resurslarını dövlət xəzinəsindən  almaqla yanaşı bank onları əlavə olaraq kapital bazarlarından da cəlb etmək imkanı əldə etdi. 1991-ci ildə İspaniyada dövlət bank sektorunda islahat keçirildi və nəticədə ICO dövlət maliyyə agenti və dövlət inkişaf bankı kimi saxlanıldı.

ICO təşkilati-hüquqi formasına görə dövlət şirkətidir və fəaliyyətində İspaniya iqtisadiyyat və rəqabət Nazirliyinə tabedir. Kredit institutu kimi ICO dövlət maliyyə agenti kimi fəaliyyət göstərir. Özünün hüquqi statusu, aktivləri, xəzinədarlığı və həmçinin müstəqil menecmenti var. ICO istər yerli, istərsə də beynəlxalq maliyyə bazarlarında müstəqil şəkildə maliyyə resursları cəlb edir və bu zaman o üçüncü şəxslər qarşısında İspaniya dövlətinin açıq-aşkar, geri çağırılmayan, şərtsiz və birbaşa zəmanəti ilə çıxış edir.

ICO əsas funksiyası ölkənin iqtisadi artımına və inkişafına yardım edən iqtisadi fəaliyyətə maliyyə dəstəyi göstərməkdir. Xüsusilə ICO ölkənin inkişafı üçün sosial, mədəni, ekoloji və innovasiya əhəmiyyəti olan sahələrin maliyyələşdirilməsi ilə məşğuldur.

Dövlət bankı kimi ICO həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda investisiya layihələrini həyata keçirən ispan şirkətlərinin maliyyələşdirilməsini təmin edir. Bu zaman ICO iki istiqamətdə əməliyyatlar aparır: ikinci səviyyə bankı kimi və kreditləşdirməni birbaşa həyata keçirən birinci səviyyə bankı kimi. Həmin kreditlər əsas etibarilə fərdi sahibkarların və kiçik və orta müəssisələrin dəstəklənməsinə istiqamətləndirilir.

ICO hər kredit xəttinin miqdarını, kreditləşdirmənin məqsədlərini, faiz dərəcələrini, kreditləşdirmənin müddətlərini təyin edir, fərdi və kiçik və orta müəssisələri maliyyə resursları ilə təmin edir.

1986-cı ildə ICO qrup formalaşmağa başladı. Hazırda ICO müxtəlif ispan şirkətlərinin səhmdarıdır. ICO ilk filial strukturu Axis şirkətinin 100% kapitalına sahibdir və onun vasitəsi ilə üç fondu idarə edir:

Bundan başqa ICO bir neçə fondun idarəetmə şirkəti və investorudur. O cümlədən ICO kiçik və orta biznesə dəstək üzrə birgə Avropa fondunu da idarə edir.

ICO ali idarəetmə orqanı 9 üzvdən və katibdən ibarət Direktorlar Şurasıdır. ICO sədri Direktorlar Şurasının sədridir. Direktorlar Şurasının üzvləri bunlardır:

Hüquq departamentinin direktoru Direktorlar Şurasının Katibidir. ICO ali icraçı vəzifəli şəxsi İqtisadiyyat və rəqabət nazirinin təklifi ilə İspaniya Nazirlər Şurasının təyin etdiyi sədrdir. ICO fəaliyyətini operativ idarəetmə funksiyasını sədrdən, dörd nəfər üzvdən və katibdən ibarət Əməliyyat komitəsi yerinə yetirir. Əməliyyat komitəsinin sədri ICO sədridr. Əməliyyat komitəsinin üzvləri aşağıdakılardır:

Əməliyyat komitəsinin katibi hüquq departamentinin direktorudur.

Beləliklə, 2013-cü ilin mart ayı üçün ICO təşkilati strukturuna daxil olan 10 struktur bölmədə 320 nəfər işçi çalışırdı.

İspaniyanın kiçik və orta biznes müəssisələrinə maliyyə dəstəyi verən digər təşkilatlar bunlardır:

Əsas məqsədləri və vəzifələri: kiçik və orta müəssisələrin rəqabətə davamlılıq səviyyəsini qaldırmaq, beləliklə iqtisadi fəallığın ümumi həcmini yüksəltmək və yekunda, ölkədə məşğulluğun artmasına kömək etmək.

Statusuna görə bu təşkilat dövlət səhmdar cəmiyyətidir, səhmdarları müxtəlif dövlət idarələri və beş özəl kommersiya bankıdır. COFIDES inkişaf etməkdə ölkələrdə ispan firmalarının layihələrinin həyata keçirilməsinə kömək edir. Kiçik və orta biznes onun prioritetləri sırasındadır, hərçənd bu təşkilat daha iri firmaları da maliyyələşdirir.

Bu dövlət təşkilatının əsas məqsədi yeni texnologiyaların inkişaf etdirilməsinə və onların istehsal proseslərinə əməli olaraq tətbiq edilməsinə dəstək verməkdir.

İspaniyada kiçik sahibkarlığın inkişafının müsbət cəhəti kimi bürokratiyanın aşağı səviyyəsini qeyd etmək lazımdır. Kiçik müəssisənin qeydiyyatı və lisenziyanın alınması üçün sahibkarlar ən çox 24 saat vaxt sərf edirlər. Ölkə vətəndaşı olmayan kəslər üçün də həmin müddət dəyişmir. Nəticədə, xarici vətəndaşlar ölkədə kiçik sahibkarlığın inkişafında iştirak edirlər.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.