TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Sahibkarlığa dəstək
Qazaxıstanda sahibkarlığa dövlət dəstəyi

Qazaxıstanda sahibkarlığa dövlət dəstəyi

Kiçik sahibkarlığa dövlət dəstəyini gücləndirmək və inkişafını artırmaq məqsədi ilə 1997-ci ildə Qazaxıstan Respublikasının Prezidenti fərman verdi və həmin fərman Kiçik Sahibkarlığın İnkişaf Fondu Səhmdar Cəmiyyətinin yaradılması üçün əsas oldu.

Prezident fərmanının icrasına müvafiq olaraq Qazaxıstan respublikası hökuməti "Kiçik sahibkarlığın inkişafı Fondunun yaradılması haqqında" sərəncam verdi.

"Kiçik sahibkarlığın inkişafı Fondu" AC 1997-ci il avqustun 18-dən fəaliyyətə başlayıb. Fondun yaradılmasında əsas məqsəd Qazaxıstan Respublikasında kiçik sahibkarlıq subyektlərinin formalaşmasını və iqtisadi artımını stimullaşdırmaq, dövlətin kiçik biznesin dəstəklənməsi üçün yönəldilən maliyyə vəsaitlərindən istifadənin səmərəliliyini artırmaq idi.

2006-cı ildə "Xazına" davamlı inkişaf Fondu" Səhmdar Cəmiyyəti "Kiçik sahibkarlığın inkişafı Fondu"nun ("Fond") səhmdarı oldu.

Fondda 2007-ci ilin sonundan başlayaraq konseptual dəyişikliklər baş verdi:

"Kiçik sahibkarlığın inkişafı Fondu" Səhmdar Cəmiyyətinin statusu dəyişdirildi və o "Damu" Sahibkarlığın İnkişafı Fondu"na çevrildi. Nəticədə onun kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə səlahiyyətləri genişlənmiş oldu. Fond maliyyə institutundan dövlət tərəfindən ayrılan vəsaitlərin idarə edilməsi üzrə operatora çevrildi. KOS subyektlərinin maliyyə, informasiya-təhlil və konsaltinq dəstəyi üzrə fəaliyyətlərin yeni istiqamətləri işlənib hazırlandı və  reallaşdırılmasına başlandı. Fondun firma üslubu dəyişdi.

2008-ci ilin oktyabrında "Xazına"davamlı inkişaf Fondu" Səhmdar Cəmiyyəti və "Qazaxıstan dövlət aktivlərinin idarə edilməsi holdinqi "Samruk" birləşdilər və "Samruk-Xazına" Milli Rifah Fondu" yaradıldı. Yeni Fond milli idarəetmə holdinqi kimi müəyyən edildi. Holdinqin fəaliyyətinin əsas məqsədi ona mülkiyyət hüququ ilə aid olan səhm paketlərinin, milli inkişaf institutlarının, milli şirkət və digər hüquqi şəxslərin iştirak paylarının idarə edilməsidir.

Bu gün "Damu" Fondu - milli inkişaf institutudur və 100% səhmləri "Samruk-Xazına" Milli Rifah Fondu" Səhmdar Cəmiyyətinə məxsusdur.

"Damu" Fondunun missiyası – kiçik və orta biznesin, həmçinin Qazaxıstan mikromaliyyə təşkilatlarının maliyyə və konsaltinq xidmətlərinin keyfiyyət cəhətdən inkişafına köməkdir.

Fondun fəaliyyətinin hüquqi əsasları, inkişaf və fəaliyyət mərhələləri

“Damu” sahibkarlığın inkişafı Fondu” AC Nizamnaməsinin 3-cü bəndində “Cəmyyət”in fəaliyyətinin hüquqi əsasları haqqında belə qeyd edilir:

“Cəmiyyət öz fəaliyyətində Qazaxıstan Respublikası Konstitusiyanı, Qazaxıstan Respublikasının Mülki məcəlləsini, Qazaxıstan Respublikasının "Milli rifah Fondu Haqqında" Qanununu, Qazaxıstan Respublikasının başqa normativ hüquq aktlarını, Qazaxıstan Respublikası tərəfindən təsdiqlənmiş beynəlxalq müqavilələri (razılaşmaları), Cəmiyyətin daxili sənədlərini və mövcud Nizamnaməni rəhbər tutur.”

Fond öz inkişafında bir neçə mərhələdən keçib və hər dəfə onun fəaliyyətinin hüququ əsasları zənginləşdirilib və möhkəmləndirilib.

Birinci mərhələ 1997-ci ildə Fondun yaradılmasıyla başlanıb və 1997 - 2001-ci illəri əhatə edir. Bu dövrdə dövlət orqanları tərəfindən kiçik sahibkarlığın dəstəklənməsi və inkişafına yönəldilmiş bir sıra qanunlar, fərmanlar və qərarlar qəbul edilib.

1997-ci il:

1999-cu il:

2001-ci il:

Bu dövr Fondun yerli əmtəə istehsalçılarının dəstəklənməsi üçün tədbirlər Proqramı üzrə dövlət büdcəsi, həmçinin AYİB və AİB kreditləri vəsaitlərindən istifadəyə nəzarət və uçot üzrə agent funksiyalarını yerinə yetirməsi ilə səciyyələnir.

İkinci mərhələ 2001-2002-ci illəri əhatə edir.  Həmin illərdə ölkə iqtisadiyyatının yüksək artım sürətləri və Qazaxıstan ÜDM-nin orta illik artımının 11,6%, 2003-2004-cü illərdə isə hər il 9,3% olması Qazaxıstan hökumətinə kiçik sahibkarlığa daha böyük dəstək göstərməyə imkan verirdi.

Bu dövrdə bir sıra fərmanlar verilib:

2003-cü il: "2003-2015-ci illərdə Qazaxıstan Respublikasının sənaye-innovasiya inkişafının strategiyası haqqında" Qazaxıstan Respublikasının Prezidentinin 17 may 2003-cü il tarixli 1096 saylı fərmanı.

2004-cü il: "2004-2006-cı illərdə Qazaxıstan Respublikasında kiçik sahibkarlığın inkişafı və dəstəklənməsi dövlət proqramı haqqında" Qazaxıstan Respublikası Prezidentinin 29 dekabr 2003-cü il tarixli 1268 saylı fərmanı.

Bu dövrdə Fond tərəfindən özünün filial şəbəkəsi tam formalaşdırılır. İndi sahibkarlar yalnız vilayətlərin mərkəzi şəhərlərində deyil, həm də kənd yerlərində dəstək ala bilərlər.

2002-ci ildən Fond kiçik biznes üçün öz vəsaitlərindən kredit verilməsinə başlayıb.

2005 – 2007-ci illəri əhatə edən üçüncü mərhələ Fondun fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etmiş qanunların, fərmanların və qərarların qəbuluyla səciyyələnir.

2005-ci il: "2005-2007-ci illərdə Qazaxıstan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə təcili tədbirlər Proqramının təsdiq edilməsi haqqında" Qazaxıstan Respublikası hökumətinin 12 may 2005-ci il tarixli 450 saylı qərarı.

2006-cı il: "Fərdi sahibkarlıq haqqında" Qazaxıstan Respublikasının 31 yanvar 2006-cı il tarixli 124-III saylı Qanunu v' "2007-2024-cü illərdə Qazaxıstan Respublikasının  davamlı inkişafa keçidinin konsepsiyası Haqqında" Qazaxıstan Respublikasi Prezidentinin fərmanı.

Fondun sahibkarlığa dəstək fəaliyyəti

2005-ci ilin mayında Qazaxıstan Respublikası hökuməti "2005-2007-ci illərdə Qazaxıstan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə təcili tədbirlər Proqramının təsdiq edilməsi haqqında" qərar qəbul etdi. Təcili tədbirlər  proqramı kiçik və orta sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, yaşamağa qabil infrastruktur sistemlərinin yaradılmasını, kiçik sahibkarlığa dövlət dəstəyinin sistem təşkil edən elementi kimi Fondun rolunun gücləndirilməsini, KOS müəssisələrinə verilən kreditlərin həcminin artırılmasını və s. nəzərdə tuturdu.

2005-2007-ci il ərzində bu proqrama uyğun olaraq respublika büdcəsindən Fonda kiçik sahibkarlığa dəstək üçün kapitallaşdırmaya 29 milyard təngə həcmində vəsait ayırılmışdır.

Respublikada ictimai-iqtisadi vəziyyətin sabitləşməsi, dövlət tərəfindən Fondun fəaliyyətinə artan dəstək, Fond tərəfindən toplanmış kiçik və orta sahibkarlığa maliyyə dəstəyi təcrübəsi, təcrübəli kadr və texniki potensial, bütün respublika üzrə filial şəbəkəsinin mövcudluğu ölkədə kiçik sahibkarlığın inkişafı üzrə bir dövlət təsisatı kimi Fondun möhkəmlənməsi üçün obyektiv əsas oldu. Bu isə öz növbəsində KOS müəssisələrinə maliyyə dəstəyi üzrə yeni proqramların reallaşdırılmasına təkan verdi.

2007-ci ildə Fond kiçik və orta sahibkarlığın inkişafının yeni konsepsiyasını hazırladı və 2008-2012-ci illəri əhatə edən dördüncü mərhələdə onun reallaşdırmasına başladı.

Kiçik və orta biznesin dəstəklənməsi barəsində yeni konsepsiyanın və siyasətin əsas məqsədi – Qazaxıstanda kiçik və orta biznesin rəqabətə davamlılığının artımına kömək etmək, onun keyfiyyət sıçrayışına, bu sferada məhsuldarlığın və rəqabətə davamlılığın artmasına nail olmaq idi.

Bu mərhələdə "Damu" Fondu qarşısında duran növbəti strateji hədəflər belə müəyyən edilmişdi:

2012-ci ilin sentyabrında "Sahibkarlığın İnkişafı Fondu - Damu" Səhmdar Cəmiyyətinin 15 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında “Cəmiyyət”in İH sədri Ləzzət İbrahimovanın təqdim etdiyi məruzədə qeyd edilir ki, “əgər 2007-ci ilin sonunda "Damu" Fondu KOS müəssisələrinə maliyyə dəstəyini 4 proqram üzrə həyata keçirirdisə, bu gün “Fond” ölkədə fərdi sahibkarlığa maliyyə dəstəyini artıq 15 dövlət proqramı və səriştəliliyin artırılmasını isə 10 proqram vasitəsilə reallaşdırır.”

İH sədri Fondun həyata keçirdiyi proqramları ümumilikdə 3 qrupa bölür:

Ümumilikdə Fond KOS dəstəklənməsi dövlət proqramları çərçivəsində 2011-ci ilin sonunadək 13 628 min KOS subyektinə kredit şəklində 652,8 milyard təngədən, və ya $ 4,3 milyarddan artıq məbləğdə maliyyə dəstəyi göstərib. Nəticədə 24,9 min iş yeri yaradılıb.

2010-cu ildən Fond səylə "Biznesin yol xəritəsi – 2020" (BYX 2020) adlı sahibkarlığın Kompleks İnkişaf proqramının reallaşdırılması üzərində işləyir.

Proqramın məqsədləri 1) iqtisadiyyatın qeyri-xammal sektorlarında regional sahibkarlığın artımını təmin etmək və 2) mövcud daimi iş yerlərinin qorunub saxlanması və yenilərinin yaradılmasıdır.

"Damu" fondu "BYX 2020" Proqramının maliyyə agentidir və sahibkarların kreditləri üzrə faiz dərəcələrinə subsidiya verilməsini həyata keçirir, həmçinin kreditlərin alınması zamanı sahibkarlara banklar qarşısında zəmanət verir.

Bütovlükdə "BYX 2020" proqramı çərçivəsində 1.09.2012 tarixinədək şəxsi sahibkarlıq subyektlərinə 1 564 layihə üzrə cəmi 405,8 milyard təngə məbləğində kredit yardımı göstərilmiş, həmçinin 50 layihə üzrə zəmanətlər verilmişdir.

2011-ci ildən Fond "Sahibkarlıq potensialının gücləndirilməsi" istiqamətində sahibkarlara qeyri-maliyyə dəstəyi verilməsi fəaliyyətinə başladı. Bu istiqamətə sahibkarlığın öyrədilməsi, servis xidmətləri və s. daxildir.

Həmin istiqamət çərçivəsində 18 mindən çox yeni işə başlayan və ya artıq fəaliyyət göstərən sahibkar təlim keçib, bundan başqa 9 mindən artıq sahibkar 19 mindən artıq konsultasiya xidməti alıb.

KOS subyektləri peşəkarlığının artırılmasına yönəlmiş proqramlar çərçivəsində 14 regional, 1 rayon sahibkarlığa yardım Mərkəzi yaradılıb. Call-center hər ay 2500 zəngə xidmət edir. Sahibkarlar üçün biznes-portal fəaliyyət göstərir.

Həmçinin hər il Fond tərəfindən ölkədə və regionlarda KOS sektorunun inkişafı haqqında sahənin investisiya pasportunu təşkil edən kitab  buraxılır.

"Damu-Kömək" sosial proqram çərçivəsində www.damu-komek.kz saytı fəaliyyətə başlayıb və ona məhdud imkanlı sahibkarlardan sifarişlər daxil olur. Göstərilən tarixədək 490 əlil-sahibkar sponsor və xeyriyyə köməyi alıb.

Proqram çərçivəsində "Damu" Fondu 25 bank-partnyor ilə və 9 lizinq şirkəti ilə əməkdaşlıq edir.

Fondun fəaliyyətinin strateji istiqamətləri "Sahibkarlığın İnkişafı Fondu - Damu" Səhmdar Cəmiyyətinin "2012-2022 illərdə inkişaf strategiyası" adlı sənəddə göstərilir. Həmin istiqamətlər bunlardır:

Hazırda Fond bütün ölkə üzrə təmsil olunur - onun ölkənin hər bir vilayətində olmaqla 16 regioanal şöbəsi və iki şəhər – Astana və Alma-Ata şöbələri fəaliyyət göstərir.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.