TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 27 Dekabr 2024, Cümə


Qanunvericilik
Qanunvericilik

Sahibkarlıq fəaliyyəti üçün vacib qanunvericilik aktları

Bu qanunvericiliyə aşağıdakılar daxildir:

  1. Azərbaycan Respublikasının Konstitusiyası;
  2. Məcəllələr;
  3. Qanunlar;
  4. AR Prezidentinin Fərmanları;
  5. AR Prezidentinin Sərəncamları;
  6. Nazirlər Kabinetinin Qərarları və Sərəncamları;
  7. Dövlət Qeydiyyatına alınmış normativ-hüquqi aktlar.

Məcəllələrin sayı 19-a bərabərdir. Bunların əksəriyyətində sahibkarlıqla əlaqəli müəyyən normalar var. Lakin sahibkarların daha tez-tez müraciət etdikləri Vergi Məcəlləsidir. Xarici ticarətlə məşğul olanlar Gömrük Məcəlləsi ilə tanış olmalıdırlar. İşçisi olan sahibkarlıq subyektləri Əmək Məcəlləsini rəhbər tutmalıdır. Mülki Məcəllə sahibkarlıq subyektlərinin hüquqi formalarına, müqavilə münasibətlərinə dair vacib məsələləri tənzimləyir.
Sahibkarlıq fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının əsas qanunları bunlardır:

  1. Sahibkarlıq fəaliyyəti haqqında;
  2. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında;
  3. İnvestisiya fəaliyyəti haqqında;
  4. Antiinhisar fəaliyyəti haqqında;
  5. Haqsız rəqabət haqqında;
  6. Təbii inhisarlar haqqında;
  7. Əmtəə birjası haqqında;
  8. Xarici investisiyanın qorunması haqqında;
  9. Kiçik sahibkarlığa dövlət köməyi haqqında;
  10. Maliyyə-sənaye qrupları haqqında;
  11. Reklam haqqında;
  12. Xüsusi iqtisadi zonalar haqqında;
  13. Daxili audit haqqında;
  14. Bank olmayan kredit təşkilatları haqqında;
  15. Sair qanunlar.

Bütün bu qanun və məcəllələrlə aşağıdakı veb-səhifələrdən tanış olmaq mümkündür:

  1. http://e-qanun.az/
  2. http://www.economy.gov.az/index.php?lang=az#
  3. http://edf.az/
  4. http://sahibkarol.biz/

Qeyd edilən qanunlardan başqa sahibkarlıq fəaliyyətini tənzimləyən yüzlərlə qanunaltı aktlar (bunlar nazirliklər tərəfindən hazırlanıb, dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir) və standartlar var. Bunların hamısını bilmək lazımdırmı? Xeyr! Bunların hamısını bilən sahibkar da tapa bilməzsiniz. Ehtiyac yoxdur ki, oturub bir-bir hamısını mütaliə edəsiniz. Sizin yalnız birbaşa biznes sahənizə aid olan və bəzi ümumi xarakterli hüquqi nor-malar barədə məlumatınız olmalıdır. Bunların sırasına biznesin yaradılması və qeydiyyatdan keçirilməsi, seçdiyiniz sahibkarlıq fəaliyyəti növü üzrə icazələrin (o cümlədən, xüsusi icazələr, yəni lisenziyalar) alınması, vergilərin ödənilməsi, işçilərlərinizlə əmək münasibətlərinin qurulması, standartlara riayət edilməsi (Sizin sahənizə dair varsa), dövlət hesabatlılığı kimi məsələlər daxildir.

    Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi). Müəllif: Sabit Bağırov

 

Ümumi qanunvericilik

Sahəvi qanunvericilik

   

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.