Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Kitabxana
Kitabxana

1 - PDF fayl;

- DJVU fayl;

- AUDIO kitab;

- FBreader fayl.

.pdf faylları oxumaq üçün - Foxit Reader , djvu faylları oxumaq üçün - WinDjView, .fr faylları oxumaq üçün FBReader proqramlarından istifadə edin

Arıçılıq təsərrüfatı (kiçik sahibkarlar üçün bələdçi)1 
Bu kitabça arıçılıq təsərrüfatları yaratmaq istəyən fiziki və hüquqi şəxslərin hansı prosedurları keçməli olduğu göstərir. Kitabçada arıçılıq sferasında biznes qurmaq istəyən kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi, ara düzgün qulluq və onların zərərvericilərdən qorunması üçün zəruri bilgilər, arı məhsulları istehsalı üçün vacib olan dövlət standartları, tələb olunan sertifikatların növləri və onların alınması formaları və s. əks olunub.
Mini market biznesi (kiçik sahibkarlar üçün bələdçi)1 
Kitabça Azərbaycanda kiçik və orta sahibkarların aktiv fəaliyyət göstərdiyi sahələrdən biri olan mini market biznesinə həsr olunub. Bələdçidə mini marketlərin açılması qaydaları – lazım olan sənədlər, tələblər (ticarət obyektinin yerləşdirilməsi, sanitar-epidomoloji icazə, yanğın təhükəsizliyi, zibilin və tullantıların daşınması və sair), texniki şərtlərin alınması ardıcıllıqla verilib, bu ticarət obyektlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar ətrafl ı nəzərdən keçirilib. Eyni zamanda, sahibkarların vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi və digər vacib məsələlərlə bağlı məlumatlar əks etdirilib.
Taksi xidməti (kiçik sahibkarlar üçün bələdçi)1 
Bu kitabça taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslərin hansı prosedurları keçməli olduğu göstərir. Kitabçada sərnişin daşımaları sahəsində nəqliyyat xidməti göstərmək istəyən kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi, taksi xidməti göstərən avtomobillər və sürücülər üçün vacib olan dövlət standartları, onların alınması formaları və s. əks olunub. Bələdçi kiçik sahibkarlıqla məşğul olan subyektlər üçün nəzərdə tutulub.
Şirniyyat məhsullarının istehsalı (kiçik sahibkarlar üçün bələdçi)1 
Bu kitabça şirniyyat sənayesi sahəsində sahibkarlıq fəaliyyəti qurmaq istəyən fiziki və hüquqi şəxslərin hansı prosedurları keçməli olduğu göstərir. Kitabçada şirniyyat sferasında biznes qurmaq istəyən kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi, şirniyyat istehsalı üçün vacibolan dövlət standartları, tələb olunan sertifikatların növləri və onların alınması formaları və s. əks olunub.
Mini market biznesi (kiçik sahibkarlar üçün bələdçi) 1 
Kitabça Azərbaycanda kiçik və orta sahibkarların aktiv fəaliyyət göstərdiyi sahələrdən biri olan mini market biznesinə həsr olunub. Bələdçidə mini marketlərin açılması qaydaları – lazım olan sənədlər, tələblər (ticarət obyektinin yerləşdirilməsi, sanitar-epidomoloji icazə, yanğın təhükəsizliyi, zibilin və tullantıların daşınması və sair), texniki şərtlərin alınması ardıcıllıqla verilib, bu ticarət obyektlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar ətraflı nəzərdən keçirilib. Eyni zamanda, sahibkarların vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi və digər vacib məsələlərlə bağlı məlumatlar əks etdirilib.
Taksi xidməti (kiçik sahibkarlar üçün bələdçi) 1 
Kitabçada sərnişin daşımaları sahəsində nəqliyyat xidməti göstərmək istəyən kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi, taksi xidməti göstərən avtomobillər və sürücülər üçün vacib olan dövlət standartları, onların alınması formaları və s. əks olunub.
İnkişaf etməkdə olan ölkələr üçün ixracat üzrə məlumat masası. (Aİ -nin xidməti) 1 
"Avropa İttifaqının İxracat üzrə Məlumat Masası inkişaf etməkdə olan ölkələrin ixracatçılarının mövcud və yeni bazarlara çıxış imkanlarından daha səmərəli istifadə edə bilmələri üçün aydın və asan əldə edilə bilən məlumata olan ehtiyaclarını qarşılayır". (Katerin Əşton - Aİ Komissarı)
Sahibkar Ol (sahibkarlıq bələdçisi) Müəllif: Sabit Bağırov. 1 
Bu kitabça sahibkarlıq fəaliyyəti barədə ilkin, lakin əsas məlumatları əldə etmək istəyənlər üçün hazırlanıb. Sahibkarlıq fəaliyyəti barədə düşünən hər kəs burada onu maraqlandıran bir çox suallara cavab tapa bilər.
Texnoparklar (sahibkarlar üçün bələdçi) 1 
Hazırlanmış bələdçi kiçik sahibkarlar üçün çox mühüm əhəmiyyətə malik olan texnoparklardan bəhs edir. Kitabçada texno parkın mənası, texnoparkın yaranması və xarici ölkələrin təcrübəsi, texno parkın sahibkara verdiyi imkanlar, Azərbaycanda texnoparkların inkişaf perespektivi və cari vəziyyəti, Azərbaycanda texno parkların sahibkarlara verdiyi üstünlüklər, texnoparkda fəaliyyət göstərmək üçün sahibkar nə etməli olduğunu və texnoparklar barədə faydalı linklər, nümunəvi sənədlər, qanunvericilik haqqında məlumat verilir.
Azərbaycanın dünya ticarət təşkilatına üzvlüyü (sahibkarlar üçün bələdçi) 1
Kitabça Azərbaycan dövləti və sahibkarları üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələyə - ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyünə həsr olunub. Kitabçada gözlənilən üzvlüyün yerli işadamlarının, o cümlədən ki- çik və orta sahibkarların fəaliyyətinə göstərəcəyi təsirlər, bu prosesdən bütövlükdə, milli iqtisadiyyatın qazanc və itkiləri məsələləri əhatə olunub.
Avtoservis biznesi (kiçik sahibkarlar üçün bələdçi) 1
Kitabça Azərbaycanda kiçik sahibkarların aktiv fəaliyyət göstərdiyi sahələrdən biri olan avtoservis biznesinə (vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi) həsr olunub. Bələdçidə vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən hüquqi prosedurlar - quraşdırılan və ya tikilən avtoservislər üçün torpağın əldə olunması, tikinti icazəsinin alınması və tikilinin dövlət qeydiyyatı, tənzimləyici orqandan - Nəqliyyat Nazirliyindən xüsusi rəyin, kommunal xidmət müəssisələrindən texniki şərtlərin (su, işıq, qaz) alınması, bu sahədəki standartlar, texniki-peşə təhsili imkanları və digər məsələlər ətraflı nəzərdən keçirilib.
Modalar evi, Modellər evi, dərzi atelyeləri və dərzi emalatxanaları biznesi (kiçik sahibkarlar üçün bələdçi). Müəllif: Aydın Həsənov 1
Bu kitabça Azərbaycanda kiçik sahibkarlıq sahələrindən biri olan Modalar evi, Modellər evi, Dərzi atelyeləri və Dərzi emalatxanalarına həsr olunmuşdur. Burada qeyd edilən sahədə fəaliyyəti tənzimləyən hüquqi prosedurlar, əmlak üzərində mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi məsələləri, vergi və social sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi qaydaları və bu sahibkarlıq sahəsinə aid bir çox digər məsələlər üzrə vacib məlumatlar əks etdirilmişdir. Bələdçi həm bu sahədə fəaliyyət göstərən, həm də fəaliyyət göstərməyə hazırlaşanlar üçün faydalı mənbədir və müəllilər ümid edirlər ki oxucular razı qalacaq.
Xoşbəxt olmağı öyrədən Deyl Karneginin bədbəxt taleyi. 1

Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

İstixana biznesi (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Qalib Bayramov 1

Bələdçi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində kiçik sahibkarlığın vəziyyəti və problemləri araşdırılır, qanunvericiliyin təkmilləşdirilməsinə, dövlət idarəetmə institutlarının gücləndirilməsinə dair təklifl ər hazırlanır, konkret kiçik sahibkarlıq sahələrindəki maneə və çətinliklər təhlil edilir, qadın-ailə biznesinin inkişafına dair tədqiqatlar aparılır və tövsiyələr hazırlanır.

Çörəkbişirmə biznesi (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Samir Əliyev 1
  Kitabça Azərbaycanda kiçik sahibkarların aktiv fəaliyyət göstərdiyi sahələrdən biri olan çörəkbişirmə biznesinə həsr olunub. Bələdçidə çörəkbişirmə sexləri olan kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən hüquqi prosedurlar – istehsal müəssisəsi üçün torpağın əldə olunması, tikinti icazəsinin alınması və tikilinin dövlət qeydiyyatı, kommunal xidmət müəssisələrindən texniki şərtlərin (su, işıq, qaz) alınması, bu sahədəki standartlar və digər məsələlər ətraflı nəzərdən keçirilib.
Torpağa mülkiyyət hüquqlarinin əldə olunmasi (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Samir Əliyev 1
Bu kitabça sahibkarlıq məqsədli torpaqların alınmasının qanunvericiliklə nəzərdə tutulmuş prosedurlarını təsvir edir və ortaya çıxa biləcək mümkün problemlərin önlənməsi üçün sahibkar üçün yaddaş rolunu oynayır. Kitabçada torpaqların hüququ statusu, təyinatı və onun dəyişdirilməsi mümkünlüyü, torpaq mülkiyyətçilərinin hüquq və vəzifələri, mülkiyyət hüququna xitam verilməsi üçün əsaslar və s. aspektləri əks olunub.
Aptek biznesi (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Rövşən Ağayev 1
Bu kitabça Azərbaycanda kiçik sahibkarlıq sahələrindən biri olan aptek biznesinin təşkilinə həsr olunub. Burada qeyd edilən sahədə fəaliyyəti tənzimləyən hüquqi prosedurlar, əmlak üzərində mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi məsələləri, vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi qaydaları və bu sahibkarlıq sahəsinə aid bir çox digər məsələlər üzrə vacib məlumatlar əks etdirilib.
Françayzinq (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Elnur İslamov, Günel Musayeva, Babək Babaşov və Şirin Ağayeva 1
Bələdçi kiçik sahibkarlar üçün çox mühüm əhəmiyyətə malik olan françayzinq biznes modelindən bəhs edir. Kitabçada françayzinq biznes modeli, onun üstünlükləri və çatışmazlıqları, ölkəmizdə tətbiqi vəziyyəti barədə geniş məlimat verilir, Türkiyə, bir sıra MDB dövlətləri və inkişaf etmiş digər ölkələrin sahibkarlıqla bağlı qanunvericilikləri və françayzinq təcrübələri haqqında danışılır.
Gözəllik salonu və bərbərxana biznesi (kiçik sahibkarlar üçün bələdçi) Müəllif: Rövşən Ağayev 1
Bu kitabça Azərbaycanda kiçik sahibkarlıq sahələrindən biri olan gözəllik salonları və bərbərxanalara həsr olunub. Burada qeyd edilən sahədə fəaliyyəti tənzimləyən hüquqi prosedurlar, əmlak üzərində mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi məsələləri, vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi qaydaları və bu sahibkarlıq sahəsinə aid bir çox digər məsələlər üzrə vacib məlumatlar əks etdirilib. Bələdçi həm bu sahədə fəaliyyət göstərən, həm də fəaliyyət göstərməyə hazırlaşanlar üçün faydalı mənbədir
Biznes angellər və onların vençur kapitalistlərdən fərqi. (referat) Müəllif: Sevinc İsmayılova 1
Referatda biznes angellər və onların vençur kapitalistlərdən əsas fərqləri izah edilir
"Biznesin əsasları" üzrə mühazirə mətnləri. Müəllif: A.B.Abbasov 1
"Biznesin əsasları". Ali məktəb tələbələri üçün dərslik. Azərbaycanca biznesin əsaslarına həsr olunmuş mühazirələr əsasında hazırlanmış e-kitab...
Biznesdə reklam işinin təşkili. (referat) Müəllif: Nigar 789a (AZMİU) 1
1. Reklam fəaliyyətinin mahiyyəti və məzmunu. 2. Reklam vasitələri. 3. İstehlak bazarında reklam fəaliyyətinin təşkili.
Biznes plan. Müəllif: Alan Uest. 1
Kitab şirkətinizdə gündəlik qarşılaşmalı olduğunuz problemlərə necə yanaşmağı, problemi görməyi və həll etməyi necə öyrənməyi, getdikcə böyüyən şirkətin təşkilati məsələlərinin öhdəsindən necə gəlməyi öyrədir.
Biznesin təşkilati-hüquqi formaları (Harri Potter Menecment 512 ASEU) 1
Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər ki, bunlara aşağıdakıları aid etmək olar: - kapital sahibinin idarəetmədə və müəssisənin istehsal fəaliyyətində şəxsən iştirakının zərurilik dərəcəsi; - sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın və kommersiya təşkilatının kapital mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliy- yətinin dərəcəsi; - müəssisənin nizamnamə kapitalının qoyulan vəsaitin qaytarılması imkanı və qaydası. Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları təsərrüfat-yol- daşlıq və təsərrüfat-cəmiyyət hesab edilir. Bunlar bir sıra ümumi cəhətlərə malikdirlər
Biznesin təşkilinin əsasları. Müəllif: K.M.Piroqov, N.K.Temnova, İ.V.Quskova. 1
Dərslikdə biznesin ənənəvi aspektləri işıqlandırılır, biznesin sosial mahiyyəti, onun növləri və təşkilati-hüquqi formaları, müəssisənin yaradılmasının proseduru, fərdi işin təşkili və biznesin planlaşdırılması, banklarla iş, qiymətin əmələ gəlməsi, biznesdə vergi mədəniyyəti və risklər şərh edilir.
Biznesin təşkili və idarə edilməsi. Müəllif: Azərbaycan Dövlət İqtisad Universiteti Müəllif Kollektivi 1
Kiçik biznesin mahiyyəti və təşkilati xüsusiyyətləri, müstəqil dövlətlərdə kiçik biznes
Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması QAYDALARI. Müəllif: AR Maliyyə Nazirliyi təsdiq etmişdir 1
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 oktyabr tarixli, 211s nömrəli sərəncamına, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hazırlanmış bu QAYDALAR kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydalarını müəyyən edir.
Marketinq menecment. Müəllif: Filip Kotler 1
Menecment. Müəllif: İ.M.Abbasov, R.F.Sadiqov. 1
Menecment. Müəllif: Ağasəf İmran. 1

Menecment- Mühazirə mətnləri. 1

Müəssisələrin maliyyəsi. Müəlliflər: Bəyalı Ataşov, Nurpaşa Novruzov, Elşən İbrahimov. 1
Özəl müəssisə və onun ofisinin təşkili. Müəllif: .Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu. 1
Sahibkarlıq hüququ. Müəllif: Seyfulla Aslanov. 1
Şirkətin heyətinə rəhbərlik. Müəllif: Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu. 1
Ticarətin idarə edilməsi (menecment). Müəllif: Kərim Paşa oğlu Paşayev. 1
Uğurlu biznesə gedən yol. 1


Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.