Statistik Məcmuə - 2013 |
Kiçik sahibkarlıq subyektlərinin əsas makro-iqtisadi göstəriciləri
Kiçik sahibkarlıq subyektlərinin sayı
Kiçik sahibkarlıq subyektlərinin bölgüsü
Ölkənin regionları üzrə kiçik sahibkarlıq subyektlərinin sayı
Kiçik sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyət növləri üzrə məhsul buraxlışı
Kiçik sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayı
Kiçik sahibkarlıq subyektlərində investisiya qoyuluşu
Kiçik müəssisələrin maliyyə göstəriciləri
Kiçik müəssisələrin fəaliyyəti
Regionlar üzrə kiçik sahibkarlıq subyektləri
——————————
Məcmuəyə kiçik sahibkarlıq subyektləri hesab olunan hüquqi şəxslərlə yanaşı, fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları daxil edilmişdir, kiçik sahibkarlıq subyektləri üzrə əsas makroiqtisadi göstəricilər, onların ölkə iqtisadiyyatındakı payı, regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu, maliyyə göstəriciləri haqqında məlumatlar öz əksini tapmışdır.
Məcmuədə məlumatlar İqtisadi Fəaliyyət Növləri Təsnifatının 3-cü versiyasına uyğun olaraq yenidən tərtib olunmuş, əvvəlki illərin məlumatlarına müvafiq düzəlişlər edilmişdir. Bundan əlavə, "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli qərarına əsasən, kiçik sahibkarlıq subyektlərinin qruplaşdırılması yenidən aparılmışdır.
Qeyd: Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi onlarda çalışan işçilərin sayı və illik dövriyyəsi göstəriciləri əsasında, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" haqqında 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarına (Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) müvafiq olaraq aşağıdakı kimi formalaşdırılmışdır:
Şərti işarələr:
« - » hadisə baş verməmişdir
« ... » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir
Mənbə: http://www.stat.gov.az