Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Sahibkarlıq nə deməkdir,  sahibkar olmaq istəyirsənsə nəyə hazır olmalısan
Sahibkarlıq nə deməkdir,  sahibkar olmaq istəyirsənsə nəyə hazır olmalısan
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyəti belə təyin edilir:

Maddə 1. Sahibkarlıq fəaliyyəti. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. (bax: "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu)

Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlara isə sahibkar deyilir. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olunması, məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb tapılması, az xərclə və keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. Sahibkarın öhdəsinə bir neçə funksiya düşür.

  1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə toplayır. Bunlara təbii, investisiya və əmək resurslarını aid etmək olar.
  2. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qərarlar qəbul edir.
  3. Sahibkar yenilikçidir.
  4. Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.

Sahibkar hər şeydən əvvəl iqtisadi fəaliyyətdir. Bu fəaliyyəti 3 tipə ayırmaq olar.

  1. Özünü yaşatmaq zərurətinə görə fəaliyyət.
  2. Rahatlıq, əlavə gəlir əldə etmək mülahizələrinə görə fəaliyyət.
  3. Sahibkar mülahizələrinə görə fəaliyyət.

Ümumiyyətlə sahibkar olmaq istəyinin bir neçə səbəbləri var: pul qazanmaq, ictimai rifaha töhvə vermək, öz fəaliyyət sahəsində ”İmperiya” yaratmaq, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s. Bu səbəblərdən asılı olmayaraq başlıca məqsəd gəlir, mənfəət əldə etməkdir.

Sahibkarlıq öz miqyasına görə kiçik, orta və iri sahibkarlığa ayılır. Bazar iqtisadiyyatına keçid ölkələrində, o cümlədən Azərbaycanda kiçik sahibkarlıq xalq təsərrüfatının inkişafını, əhalinin məşğulluğunu, ümumiyyətlə iqtisadiyyatın inkişafını müəyyən edən əsas iqtisadi amildir.

Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin buraxa bilmədiyi məhsulları və ya məhsulların buraxılması üçün lazım olan hissələri istehsal edirlər, müxtəlif xidmətlər göstərirlər, kiçik pərakəndə ticarətçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırılar, istehlakçıları məhsulla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar, əhalinin müəyyən hissəsinin gəlir yeridirlər, iri müəssisələrə nisbətən çevikdirlər - bir sözlə ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayırlar.

--------------------------------------------------------------------------------------

Sahibkarlıq nə deməkdir?

Nəyə görə insan sahibkar olmaq qərarına gəlir?

Sahibkar olmaq yalnız sahibkarlar üçünmü faydalıdır?

Sahibkar olmaq barədə düşünən kəs hansı tərəddüdləri yaşayır?

Biznesin qurulmasında mühüm işlər

Siz tək deyilsiniz

Sahibkarlığa hazır olduğunuzu bir daha testdən keçirin

Testdən keçənlər üçün əlavə məlumatlar

Sahibkarlıqla bağlı ümumi məsələlər haqqında aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik. Bəzi videolar rus və ya ingilis dillərində olsa da sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcəyini hesab edərək burada yerləşdirməyi məqbul saydıq. Gələcəkdə onların imkan daxilində Azərbaycan dilinə tərcümə etməyə çalışacağıq.

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. 


1 2 ... 12