TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Virtual Tədris
SAHİBKARLIQ NƏ DEMƏKDİR
Sabit Bağırov.
Sahibkarlıq insan fəaliyyəti növlərindən biridir. Müəllimlik, həkimlik, məmurluq, polis işi, aşbazlıq və s. kimi. Bütün bu fəaliyyət növləri üçün ümumi olan cəhətlər də var, fərqlər də az deyil. Ən böyük fərq ondadır ki, sahibkarlıq fəaliyyəti insanın öz-özünü qazancla təmin etmək təşəbbüslərinə əsaslanır. Sahibkar bu qazancı əldə etmək üçün öz məhsulunu və ya xidmətini digər insanlara təklif edir, satır və qazanc əldə edir.
 

Digər fəaliyyətlərlə məşğul olanlar isə istehsal etdikləri məhsulu və ya xidməti deyil, əməyini satır və əvəzində maaş və ya xidmət haqqı alırlar.

Azərbaycan qanunvericiliyində sahibkarlıq məfhumunun rəsmi açılışı var.

"Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən (Maddə 1):

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

Sahibkar istehsal edəcəyi məhsulun və ya göstərdiyi xidmətin seçilməsində tam sərbəstdir. İstər çörək bişirib və ya corab toxuyub sata bilər, istərsə də daşıma və ya avtoyuma xidmət məntəqələri yarada bilər. Fəaliyyət növü seçimi ilə bağlı qərarı sahibkar özü verir. Əlbəttə yanında məsləhət verən ola bilər, lakin son qərar özünündür.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.