TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Virtual Tədris
NƏYƏ GÖRƏ İNSAN SAHİBKAR OLMAQ QƏRARINA GƏLİR
Sabit Bağırov.

Sahibkar olmaq qərarı əksər hallarda aşağıdakı səbəblərdən birinə və ya bir neçəsinə əsaslanır:

 
  1. Özünü və ailəsini təmin etmək. İnsan qazanc mənbəyi tapa bilmir, heç yerdə, nə dövlət qurumlarında, nə özəl şirkətlərdə ona iş tapılmır. Nə etsin? Yollardan biri nəsə istehsal etmək (məsələn, paxlava bişirmək, xalça toxumaq, rəsm çəkmək, paltar tikmək, çərçivə düzəltmək və s.) və bazara çıxarmaq ola bilər. Və ya xidmət göstərmək: saç düzəni, avtoyuma, elektrik cihazlarının təmiri və sair xidmət məntəqələrini yarada bilər;
  2. Daha yaxşı yaşamaq. İnsan haradasa işləməklə (bu, dövlət qurumu və ya özəl şirkət ola bilər) özünü və ailəsini minimum və ya orta səviyyədə təmin edə bilir. Lakin o, istər ki, ailəsinin mənzil şəraiti daha gözəl olsun, daha bir avtomobili olsun, hər il bir - iki dəfə xaricə dincəlməyə gedə bilsin. Maaşı isə bunun üçün yetərli deyil. Nə etsin? Əlavə qazanc əldə etmək yollarından biri sahibkarlıq ola bilər;
  3. Xeyriyyəçiliklə məşğul olmaq. İnsan haradasa işləməklə (bu, dövlət qurumu və ya özəl şirkət ola bilər) özünü və ailəsini minimum və ya orta səviyyədə təmin edə bilir. Lakin xeyriyyəçiliklə də məşğul olmaq arzusundadır. Nə etsin? Xeyriyyəçilik üçün əlavə qazancı haradan əldə etsin? Yollardan biri sahibkarlıqla məşğul olmaqdır;
  4. Xərclər tələb edən xobbi ilə məşğul olmaq. Məsələn, yüksək xərclər tələb edən idman növləri (qolf, alpinizm və s.), elmi axtarışlar, kollek-siya yığmaq, səyahətlər və s. Bu xərcləri qarşılamaq üçün əlavə qazancları sahibkarlıqla əldə etmək mümkün ola bilər və sair.

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 59. Azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.