TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Virtual Tədris

BİZNESİN QURULMASINDA MÜHÜM İŞLƏR

Sabit Bağırov.

Şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq barədə qərarın formalaşması.
Bu qərarı qəbul edən kəs nəzərə almalıdır ki, təşəbbüs nə qədər gözəl olsa da, onun gerçəkləşməsi üçün böyük inad, səbr və bəlkə də cəsarət tələb olunacaq. Bunlardan başqa, ideyanı gerçəkləşdirmək üçün ciddi və hərtərəfli düşünülmüş fəaliyyət proqramı olmalıdır;
Biznes-ideyanın formalaşdırılması. Yəni Sizin yaratdığınız sahibkarlıq subyekti nə ilə məşğul olacaq? Nə istesal edəcək və ya hansı xidmətləri təklif edəcək?;

Biznes-layihənin hazırlanması.
Bu sənəd orta və böyük bizneslər üçün önəmlidir. Kiçik bizneslər üçün Biznes-layihənin hazırlanması əksər hallarda gərək olmur. Biznes layihələr barədə əsas məlumatlar sonrakı səhifələrdə təqdim edilir;

Biznes-planın hazırlanması.
Bu sənəd də orta və böyük bizneslər üçün önəmlidir. Kiçik bizneslər üçün bu sənədin hazırlanması yalnız kredit aldıqda lazım ola bilər. Biznes-plan barədə əsas məlumatlar sonrakı səhifələrdə təqdim edilir;

Biznesin qeydiyyatdan keçirilməsi.
Bu mərhələdə gələcək sahibkarlıq subyektinin hüquqi forması seçilir və uyğun qaydalara əsasən o, rəsmi qey-diyyatdan keçirilir. Bu barədə sonrakı bölmələrdə məlumat verilir;

Maliyyənin təmin edilməsi.
Biznesin qurulmasında və ilk dönəmdə işlədilməsində tələb olunan maliyyəni bir neçə yolla əldə etmək olar. Bun-lardan ən vacibi bankdan kreditin alınmasıdır. Bu barədə sonrakı bölmələrdə məlumat verilir;

Lazımlı kadrların tapılması.
Bu və ya digər kadrı işə qəbul etməkdən öncə yaxşı-yaxşı fikirləşməlisiniz ki, Sizə necə adam lazımdır. Bu zaman tələblərinizi qələmə alıb onların siyahısını tərtib etmək çox vacibdir. Bu siyahıya işə qəbul etmək istədiyiniz adamın həm peşə bacarıqları, həm də insani keyfiyyətləri və xasiyyəti daxil edilməlidir. Unutmayın ki, kadrın uğurlu seçilməsi gələcək müvəffəqiyyətinizin əsas amillərindən biridir.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.