SİZ TƏK DEYİLSİNİZ
Azərbaycanda yüz minlərlə kiçik sahibkar fəaliyyət göstərir və kiçik sahibkarlığın rəsmi təsnifatı mövcuddur. Mikro və orta sahibkarlığın rəsmi təsnifatı isə hələ ki, yoxdur. Kiçik sahibkarlıq subyekti üçün şərtlər (Nazirlər Kabinetinin 2009-cu il qərarına əsasən) aşağıdakı cədvəldə göstərilib.
Fəaliyyət sektoru | İşçilərin orta illik sayı, nəfər |
İllik dövriyyə |
Sənaye və tikinti | <50 |
□ 50 min AZN |
Aqrar | <25 |
□ 250 min AZN |
Topdansatış ticarət | <15 |
U 1 milyon AZN |
Pərakəndə satış, nəqliyyat, xidmətlər və digər fəaliyyətlər | <10 |
□ 250 min AZN |
2014-cü ilin əvvəlinə Azərbaycanda 260.563 kiçik sahibkarlıq subyektləri fəaliyyət göstərirdi. Bunların 246.102-si fərdi sahibkar olmuşlar. Kiçik sahibkarlıq subyektlərinin fəaliyyət sahəsinə görə bölgüsü aşağıdakı di-aqramda göstərilir.
2013-cü ildə Yaradılmış Əlavə Dəyər - 1620.0 milyon AZN, və ya Ümumi Əlavə Dəyərin 3.0%-i qədər olmuşdur. Kiçik sahibkarlığın məşğuliyyətdə payı 7.9%. Muzdlu işçilərin sayı cəmi 109 min. Əsas kapitala investisiyalar - 486,5 mln. AZN təşkil etmişdir.
Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).
Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. |
|