TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 25 Aprel 2024, Cümə axşamı


Virtual Tədris
TESTDƏN KEÇƏNLƏR ÜÇÜN ƏLAVƏ MƏLUMATLAR
Sabit Bağırov.

Biznes layihə

Biznes-layihə biznes-ideyanın gerçəkləşdirilməsilə əlaqədar bütün görüləcək işlərin, istifadə olunacaq insan, maddi və intellektual resursların müəyyən sənəd formasında təsviridir. Biznes-layihə investisiya layihəsi və ya sərmayə yatırımı layihəsi də adlandırılır.

Biznes-layihələr tətbiq sahəsinə, miqyasına, müddətinə, mürəkkəbliyinə, mahiyyətinə və digər amillərə görə fərqlənə bilər.

Tətbiq sahəsinə görə biznes-layihələr aşağıdakı sahələr üzrə fərqlənə bilər:

Miqyasına görə biznes-layihələr aşağıdakılara bölünə bilər: xırda; orta; iri.

Biznes-layihənin qeyd edilən miqyas növlərinə ayrılması bir qayda olaraq layihənin qiymətindən asılıdır. Digər göstəricilər də layihənin miqyasını müəyyənləşdirmək üçün istifadə edilə bilər. Məsələn, işçilərin sayı, istehsal edilən məhsulun illik dəyəri və s. Beləliklə, müəyyən sahə üzrə biznes-layihə bu və ya digər göstəriciyə görə iri sayıldıqda digər sahə üzrə o, həmin göstəriciyə görə xırda kimi qiymətləndirilə bilər.

Müddətinə görə biznes-layihələr aşağıdakılara bölünür: qısamüddətli; ortamüddətli; uzunmüddətli.

Adətən qısamüddətli layihələr bir neçə aydan bir ilə qədər, ortamüddətli layihələrin ömrü bir ildən bir neçə ilə qədər ola bilər. Beləliklə, təsnifat mütləq xarakter daşımır və eyni zamanda biznesin yönəldiyi sahədən də asılıdır.

Mürəkkəbliyinə görə biznes-layihələr aşağıdakılara bölünə bilər: sadə; mürəkkəb; çox mürəkkəb.

Mürəkkəbliyinə görə layihələrin fərqlənməsi daha çox həmin layihələrdə elmi komponentin ağırlığı ilə bağlı olur.

Mahiyyətinə görə biznes-layihələr aşağıdakılara bölünə bilər: strateji; taktiki.

Strateji layihə, misal üçün, müvafiq sahə üzrə bazarda aparıcı mövqelərə yiyələnmək, taktiki layihə isə bazara daxil olmaq məqsədini daşıya bilər.

Biznes-layihənin iştirakçıları sırasına aşağıdakılar daxildir:

Biznes plan

"Biznes-planın hazırlanması üzrə hər hansı vahid düstur (sistem) yoxdur. Biznes-planlar üçün ideal həcm və detallılıq səviyyə məvhumları heç bir məna daşımır. Bütün biznes-planlar üçün universal mündəricat da yoxdur. Lakin konkret biznes-plan üzrə qərar qəbul edəcək auditoriya nəzərə alınarsa və biznes-planın məqsədləri və gerçəkləşdirmə imkanları yaxşı dərk edilərsə müvafiq sahədə kompetent olan istənilən insan kifayət qədər yaxşı plan tərtib etməyə qadirdir". Riçard Stuteli

Biznes-plana dair vahid anlayış mövcud deyil. Müxtəlif mütəxəssislər fərqli şəkildə bu məvhuma dair öz açıqlamalarını verirlər. Qısa şəkildə deyə bilərik ki, biznes-plan biznes fəaliyyəti əsaslandıran və müəyyən tələblərə uyğun hazırlanan sənəddir.

Biznes-plana dair əsas tələblər:

Biznes-planın məqsədləri

Biznes-planı tərtib etməklə adətən aşağıdakı məqsədlər güdülür:

Partnyorlar yalnız maliyyə dəstəyi əldə etmək məqsədini yox, digər məqsədləri də güdə bilər:

Biznes-layihə sahibinin şəxsi maliyyə imkanları həmin layihəni gerçəkləşdirmək üçün yetərli olmadıqda digər maliyyə mənbələrinə ehtiyac duyulur. Çatışmayan maliyyə ehtiyatları partnyorlar tərəfindən təmin oluna bilər. Digər mənbə kredit institutları və banklardır.

Biznes-plan daxili istifadə üçün də tərtib edilə bilər. Burada məqsəd özünənəzarət və mütəmadi şəkildə vəziyyət dəyişdikcə müvafiq dəqiqləşdirmələrin aparılmasıdır.

Biznes-plan yalnız yeni məhsulun (xidmətin) bazara çıxarılması ilə deyil, mövcud biznesin genişləndirilməsi məqsədilə də tərtib edilə bilər.

Biznes-planın xüsusiyyətləri:

Biznes-plan tərtib edilərkən nəzərə alınmalıdır ki, potensial investoru üç əsas sual maraqlandırır:

Biznes-planın tərtib edilməsi onun sahibinə arxayınlıq gətirir. Planın sahibi gələcək biznesin uğurlu olacağına əmin olur və digərlərini də inandıra bilir ki, onun təklifləri real və perspektivlidir.

Biznes-planın strukturu.

Biznes-planın strukturuna dair vahid tələblər sistemi, standartlar mövcud deyil. Lakin buna baxmayaraq, əksər hallarda biznes-planın strukturuna aşağıdakı elementlər daxildir:

Biznes-planın "Titul vərəqi" bölməsi

Biznes-planın bu bölməsində planın sahibi olan şirkətin adı və ünvanı, şirkət təsisçilərinin adları və ünvanları, təklif edilən layihənin mahiyyəti, qiyməti və məxfiliyi qeyd edilir. Məxfiliklə əlaqədar hətta xüsusi Memorandum da tərtib edilə bilər.

Biznes-planın "Qısa xülasə" bölməsi

Biznes-planın bu bölməsində aşağıdakı məlumatlar öz əksini tapır:

Qısa xülasə elə yazılmalıdır ki, o, lazım gəldikdə "Biznes-təklifi"n də rolunu oynaya bilsin. Partnyorlar və ya potensial investorlar axtarıldıqda biznes-plandan öncə onlara 1-3 səhifəlik biznes-təklif təqdim oluna bilər.

Biznes-planın sahibi nəzərə almalıdır ki, potensial investor, bir qayda olaraq, öncə məhz qısa xülasəni oxuyur və bundan sonra biznes-planla tanış olmaq və ya onu kənara qoymaq qərarını verir.

Qısa xülasə biznes-planın digər bölmələri hazır olduqdan sonra yazılır.

Biznes-planın "Şirkət haqqında məlumat" bölməsi

Biznes-planın bu bölməsində aşağıdakı məlumatlar öz əksini tapır:

Biznes-planın "Məhsul (xidmət) haqqında məlumat" bölməsi

Bu bölmədə biznes-planın gerçəkləşməsi nəticəsində istehsal olunan mal (göstərilən xidmət) haqqında məlumat verilir. Bu məlumatlar, bir qayda olaraq, aşağıdakıları əhatə edir: malın (göstərilən xidmətin) istehlak xassələri, texniki parametrləri, prototiplərdən fərqləri, patentlərlə müdafiə olunması.

Malın (xidmətin) istehlakçı üçün cazibədarlığı çox aydın göstərilməlidir. Potensial partnyor və ya investor hiss etməlidir ki, bazarda mala (xidmətə) tələbat olacaq və tələbatın artmaq potensialı az deyil.

Nəzərə alaraq ki, istənilən malın (xidmətin) yaşam dövrü (tsikli) beş mərhələdən ibarətdir: yaranma, bazara daxil olma, bazarda mövqeyin artımı, sabit tələbat və tələbin enməsi, biznes-planda bu mərhələlərə dair proqnozlar da verilə bilər.

Biznes-planın "Bazarın və rəqiblərin təhlili" bölməsi

Bu bölmədə aşağıdakılar əks etdirilir:

Potensial istehlakçıların tərkibi analoji mal (xidmət) üzrə bazarın təhlili nəticəsində müəyyənləşdirilə bilər. Analoq olmadıqda sorğular keçirilməsi mümkündür. Bu sorğular əhalinin müxtəlif təbəqələrini və eyni zamanda mümkün qədər geniş coğrafiyanı əhatə etməlidir.

İstehlak tələbatının proqnozu aşağıdakı üsullarla aparıla bilər:

Sorğular yolu ilə tələbin həcminin müəyyənləşdirilməsi yalnız sorğu iştirakçılarının sayının kifayət qədər çox olması şərti ilə etibarlı ola bilər. Bu üsuldan daha çox bazara yeni növ, yəni analoqu olmayan mal (xidmət) çıxarılan zaman istifadə edilir.

Malın analoqu olduğu və o, idxal olunduğu zaman idxalın həcmi barədə məlumat əldə etməklə potensial tələb proqnozlaşdırıla bilər.

Təklif edilən mal üzrə adambaşına istehlak normaları bəlli olduğu halda ölkə üzrə təxmini tələbi hesablamaq mümkündür.

Iqtisadi-riyazi üsullar daha dəqiq proqnoz tərtib etmək üçün istifadə oluna bilər. Lakin bu üsuldan istifadə öncə müvafiq modellərin qurulmasını və dəqiq məlumatların olmasını tələb edir.

Potensial istehlak bazarının coğrafiyası da sorğular və ya analoji malların (xidmətlərin) istehlak coğrafiyasının təhlili yolu ilə müəyyənləşdirilə bilər.

Rəqiblərin siyahısını müəyyənləşdirmək çətin deyil. Çətin olan onların bazardakı paylarını və istehsallarını genişləndirmək imkanlarını müəyyənləşdirməkdir. Hər halda müvəffəqiyyət qazanmaq üçün rəqiblər barədə mümkün qədər ətraflı məlumat toplanmalıdır. Onların güclü və zəif tərəfləri, bir-biri ilə əlaqəsi və qiymət siyasətinin yürüdülməsində dempinq imkanları.

Gələcək biznes-fəaliyyətin rəqabətədavamlılığını təhlil etmək üçün müqayisəli cədvəllərin qurulması faydalı ola bilər. Misal üçün, aşağıdakı formadan istifadə etmək olar.

 

Rəqabət amilləri

Sizin istehsalat

Rəqiblər

Nq1

Nq2

Ns3

Nb4

Nq5

Malın qiyməti

 

 

 

 

 

 

Malın keyfiyyəti

 

 

 

 

 

 

Malın dizaynı

 

 

 

 

 

 

İstehsalın bazara yaxınlığı

 

 

 

 

 

 

Satışdan sonrakı xidmətin təşkili

 

 

 

 

 

 

Şirkətlərin reputasiyası

 

 

 

 

 

 

Və sairə

 

 

 

 

 

 

Bu cədvəldəki xanalar doldurulduqdan sonra rəqabətədavamlılıq mənzərəsi daha aydın görünür.
Mala (xidmətə) qiymət müəyyənləşdirilməsi zaman əsasən aşağıdakı üsullardan istifadə edilə bilər:
bazar qiymətləri əsasında;
müəyyən rentabelliyi təmin etməklə.
Birinci üsul istifadə edilərkən malın keyfiyyətinə uyğun analoq tapılır və onun orta bazar qiyməti götürülür. Ikinci üsuldan istifadə edilərkən sahibkar çalışır ki, biznesinin rentabelliyi müəyyən səviyyədən aşağı olmasın. Bu zaman toplam xərclərin müəyyən marjinal səviyyəsi də tapıla bilər.

Biznes-planın "Marketinq stratejisi" bölməsi

Bu bölmədə malın bazarda müvəffəqiyyət qazanması üçün görüləcək tədbirlər barədə məlumat öz əksini tapır. Bu tədbirlər sırasında malın bazara daxil olması və müəyyən mövqelər tutmasına dair tədbirlər investor üçün daha böyük maraq kəsb edir.

Marketinq stratejisi müəyyənləşdirilərək F.Kotlerin məşhur Qiymət-Keyfiyyət cədvəlindən istifadə edilə bilər:

 

Malın keyfiyyəti

Malın qiyməti

Yüksək

Orta

Aşağı

Yüksək

Premiyalar stratejisi

Bazara dərin müdaxilə stratejisi

Yüksək dəyər stratejisi

Orta

Yuxarı qiymət stratejisi

Orta səviyyə stratejisi

Yaxşı keyfiyyət stratejisi

Aşağı

Soyğunçuluq stratejisi

Yalançı stratejisi

Aşağıdəyər stratejisi

Biznes-planın "Istehsalat planı" bölməsi

Bu bölmədə aşağıdakılar əks etdirilir:

Biznes-planın "Personal" bölməsi

Bu bölmədə müəssisə personalına daxil olanların kateqoriyaları, peşəkarlığı, personalın seçilməsi və işə qəbulu qaydaları, əməyin ödənilməsi sistemi, əmək haqları qeyd edilir.

Biznes-planın "Maliyyə planı" bölməsi

Biznes-planın bu bölməsində aşağıdakılar əks etdirilir:

Gəlirlərin proqnozlaşdırılması malın istehsal qrafiki və qiyməti əsasında istifadə edilir. İstehsal planı müəyyənləşdirilərək avadanlığın istehsal gücü, personalın təcrübəsi, xammalın və digər resursların vaxtında çatdırılması və digər amillər nəzərə alınır. Adətən istehsal qrafiki elə təyin edilir ki, məhsulun istehsalı aylar üzrə getdikcə artaraq müəyyən maksimuma çatdırılır.

Xərclərin hesablanması adətən aylar üzrə aparılır. Ümumiyyətlə xərclər iki qrupa bölünür:

  1. investisiya xarakterli xərclər (torpaq sahəsi, avadanlıq, nəqliyyat vasitələri, binaların tikilməsi, quraşdırma işləri, layihələndirmə və tədqiqat işləri);
  2. istismar xərcləri (əmək haqqı, sosial müdafiə fonduna ödənişlər, elek-trik enerjisi üzrə xərclər, xammal və digər material və komplektləşdiricilərin alınması, amortizasiya xərcləri, su ehtiyatları, kanalizasiya, təmizləyici qurğular, sığorta, əmlak vergisi, torpaq vergisi, icarə haqqı, reklam və s.).

Kənardan cəlb olunmalı maliyyə vəsaitlərinin müəyyənləşdirilməsi üçün mənfəətin əldə olunmasına qədər bütün gözlənilən xərclər (investisiya və istismar) hesablanır. Alınan nəticədən şəxsi maliyyə vəsaitlərini çıxmaqla çatışmayan və kənardan cəlb olunacağın həcmi tapılır. Bu həcm müəyyənləşdirildikdən sonra o, kənardan cəlb olunacaq maliyyə vəsaitlərinin geri qaytarılması qrafiki və faizlər də nəzərə alınaraq müvafiq şəkildə artırılır.

Biznes-planın "Təşkilati plan" bölməsi

Biznes-planın bu bölməsində layihənin gerçəkləşməsi mexanizmi izah edilir:

Biznes-planın "Risklərin qiymətləndirilməsi və sığorta" bölməsi

Bu bölmədə müxtəlif növ risklər təhlil edilir (texniki-texnoloji, marketinq, maliyyə, hərbi-siyasi, hüquqi, ekoloji, inşaat, spesifik), onların önlənməsi tədbirləri və risklərin sığortalanması (mülkiyyətin, o cümlədən nəqliyyat vasitələrinin sığortalanması, üçüncü tərəflər qarşısında məsuliyyətin sığortalanması, yüklərin sığortalanması).

Təhlil aşağıdakı üsullarla aparıla bilər:

Biznes-planın təsviri

Biznes-plan öz təsviri ilə onu oxumaq niyyətini oyatmalıdır. Biznes-planın uğurlu təsviri aşağıdakı komponentlərlə təmin edilir:

Biznes-planın təqdimatı

Biznes-planın təqdimatı tələb oluna bilər. Bunun üçün POWER-POINT proqram sistemindən istifadə edilə bilər.

Biznes-plana əlavə edilən materiallar
Biznes-plan mümkün qədər qısa və asan oxunan olmalıdır. Digər tərəfdən biznes-plan kreditorun bütün suallarına cavabları özündə əks etdirməlidir.

Buna görə biznes-planın əsas bölmələrində məlumatın daha çox ümumiləşdirilmiş şəkildə verilməsi məsləhətdir. Detallı məlumatların əlavələrdə verilməsi biznes-planı daha oxunaqlı edir.

Biznes-planın uğurlu irəliləməsi üçün onun təşəbbüskarına aşağıdakı materiallar yardım edə bilər:

 

BİZNES-PLAN NÜMUNƏLƏRİ

İnternetdən minlərlə nümunə tapmaq mümkündür (İngilis, Türk, Rus, Azərbaycan və digər dillərdə). Bu kitabçada Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun vebsəhifəsindəki tövsiyə və nümunələri təklif edirik: http://sahibkarol.biz

Bununla belə, sahibkar nəzərə almalıdır ki, kredit almaq məqsədi ilə tərtib etdiyi biznes-plan kredit üçün müraciət etdiyi bank və bank olmayan kredit təşkilatının xüsusi tələblərinə cavab verməli olacaq. Bu səbəbdən sahibkar biznes-planı hazırlayarkən müraciət edəcəyi bankın və ya bank olmayan kredit təşkilatının tələblərini öyrənməlidir.

 

BİZNES-PLANIN UĞUR SİRLƏRİ

Biznes-plan tərtib edilərkən aşağıdakılar təmin edilməlidir:

Biznes-plan reallaşdığı dövrdə aşağıdakılar təmin edilməlidir:

 

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.