TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Biznes ideyan yoxdursa onu necə tapa bilərsən
Biznes ideyan yoxdursa onu necə tapa bilərsən.

Gələcək sahibkarların çoxu belə hesab edirlər ki, uğur əldə etmək üçün böyük məbləğdə start kapitalına və spesifik biliklərə sahib olmaq vacibdir. Ancaq dünya təcrübəsi bu yanlış fikiri təkzib edir – şəxsi keyfiyyətlər, öz şəxsi işiylə məşğul olmaq arzusu və uyğun perspektivli biznes ideyalar daha çox əhəmiyyətlidir. Bir çox zəngin insanlara uğur qazanmaqda və həzz aldıqları nəticələrə nail olmaqda məhz bu üç komponent kömək edib.

Ev şəraitində sıfırdan biznes ideyaları

Ev biznesi qazanc əldə etməyin elə növüdür ki, böyük kapital qoymadan və adət edilmiş şəraitdə başlamaq mümkündür. Getdikcə daha çox insan bu yolla qazanc əldə etmək haqqında fikirləşir, belə ki, bu variantın açıq-aşkar müsbət xüsusiyyətləri var. Bunlar bilavasitə rəhbərliyin olmaması, sərbəst iş günü qrafiki və biznes-ideyanın seçilməsində sərbəst olmaq imkanıdır. Başqa sözlə desək, siz nə qədər bacararsınızsa və ya istəyirsinizsə, o qədər də işləyirsiniz və əlbəttə ki, sizin qazancınız da bundan asılıdır. Ev şəraitində sıfırdan başlayacaq biznes üçün ideyalar axtarıb tapmaq kifayət qədər çətin işdir, bütün nüansları və xırda detalları fikirləşmək lazımdır ki, bilavasitə özəl fəaliyyətin qurulmasını lazımi şəkildə həyata keçirmək mümkün olsun.

Nədən başlamalı

Hər şeydən əvvəl işləmək istədiyiniz və sizi daha çox maraqlandıran fəaliyyət sahələrini müəyyən etməkdən başlamaq lazımdır. Bu sizə seçim imkanı verəcək. Siz yaxşı qazanc gətirəcək və sizə zövq verəcək maraqlı və perspektivli işlə məşğul ola biləcəksiniz. Bu səbəbdən, birinci növbədə sizin üçün maraqlı olmayan ideyaları, hətta əgər onlar yüksək gəlirli və perspektivli olsalar belə kənara qoymaq lazımdır.

Ev biznesinin cürbəcür üsulları arasında handmade - əl işləri ideyası xüsusilə geniş yayılıb və belə məhsullara tələbat çoxdur. Müstəqil olaraq nə istəsən hazırlaya bilərsən – geyim, toxuculuq məhsulları, ev-interyer əşyaları, bəzək-düzəklər, aksessuarlar və s. İstehsal prosesi kifayət qədər yüngüldür, az vaxt tələb edir, amma nəticə yaxşı gəlir gətirir. Bu istiqamət qadınlar üçün daha yarayır və buna görə də bəşəriyyətin zərif hissəsi arasında ona tələbat çox olur.

Kişilər üçün də həmçinin heç də az perspektivli olmayan başqa ideyalara baxmaq olar. Əgər sizin müxtəlif cihazları təşkil edən mikrosxemlərdən başınız çıxırsa kompüter və ya məişət texnikasının təmiriylə məşğul olmaq olar. Məişət texnikası hazırda çox da davamlı və uzunömürlü deyil və buna görə də tez-tez və kifayət qədər gözlənilmədən sıradan çıxır. Başlanğıc üçün alətlərin baza dəstini əldə etmək lazımdır və bundan sonra artıq işə başlamaq olar. İnternet saytlarda və qəzetlərdə reklam kampaniyasını da unutmaq lazım deyil. Bu sizin işinizin sonrakı çiçəklənməsi üçün vacibdir.

Ev şəraitində kompüterlə davranış və onun proqramlarından istifadə etməyin öyrədilməsini də sıfırdan başlayan biznes ideya kimi baxmaq olar. Bu istiqamət çox geniş yayılıb, ona görə ki, cəmiyyətimiz getdikcə müasirləşir və təkmilləşir və daha çox insanlar hər şeydən xəbərdar olmaq və kompüterləşmək, bununla da yeni imkanlar əldə etmək istəyirlər.

Ev heyvanlarını sevənlərə onlara qulluq edilməsi ilə bağlı xidmətlər göstərmək ideyasını təklif etmək olar. Tez-tez ev heyvanlarının sahibləri iş vaxtı öz sevimlilərini saxlamaq üçün yer tapa bilmirlər – və onda yardıma siz gəlirsiniz. Heyvanların sahibləri yaxşı işçiyə yaxşı pul ödəməkdən çəkinmirlər.

Öz işini qurmaq və həm də bunu ev şəraitində etmək ilk baxışdan göründüyü kimi o qədər də sadə iş deyil, ancaq bu sabit və yüksək qazanc üçün yaxşı üsuldur.

Qazanc üsulu kimi belə ideyalar yalnız daim axtarışda olan gənclər arasında deyil, həm də yaşlı əhali arasında da geniş yayıla bilər. Onların bir çoxu əlavə gəlir əldə etməkdə uğur qazana bilərlər. Amma həqiqətən bu fəaliyyətlərdə uğura və qazanca nail olmaq üçün biznesin müvafiq sahəsini və imkanlarınızı düzgün müəyyən etməyiniz lazımdır, yalnız o zaman müvəffəqiyyətə zəmanət veriləcək.

---------------------------------------------------------------------------------------------------------

Biznes ideya

Sahibkarlıq ideyasının dəyərləndirilməsi

Bəzi uğurlu biznes-ideyalar

Biznes ideyanı necə əldə etməklə bağlı aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik. Bəzi videolar rus və ya ingilis dillərində olsa da sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcəyini hesab edərək burada yerləşdirməyi məqbul saydıq. Gələcəkdə onların imkan daxilində Azərbaycan dilinə tərcümə etməyə çalışacağıq.

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.