TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Virtual Tədris
SAHİBKARLIQ FƏALİYYƏTİNİN ƏSAS HÜQUQİ FORMALARI
Sabit Bağırov.

Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud hüquqi şəxs kimi məşğul olmaq olar:

  1. Fiziki şəxs kimi:
  2. Hüquqi şəxs kimi (Kommersiya təşkilatları):

Mülki Məcəllənin 24-cü Maddəsinə əsasən Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.

Mülki Məcəllənin 43-cü Maddəsinə əsasən: "Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər".

Yuxarıda qeyd edilən hüquqi şəxsin bütün bu formaları barədə ətraflı məlumatlar Mülki Məcəllədə əks etdirilir (maddələr 64-113).

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malikdirlər.

Kiçik sahibkarlıq üçün ən asanı (qeydiyyat və mühasibat baxımından) və məqsədəuyğun olanı FƏRDİ SAHİBKARLIQ formasıdır. Biznesiniz böyüdükcə Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması barədə düşünməyə başlaya bilərsiniz. Şəriklərlə birlikdə biznesinizi yürütmək istəsəniz Səhmdar Cəmiyyətinin yaradılması Sizin üçün maraqlı ola bilər.

Fərdi sahibkar dövlət qeydiyyatı üçün aşağıdadakı formalardan birini seçə bilər:

  1. Əyani qeydiyyat. Qeydiyyatdan keçmək istəyən şəxs rəsmi qeydiyyatda olduğu yerin aidiyyatı üzrə vergi orqanına və ya ASAN xidmətə müraciət edir və aşağıdakı sənəd və məlumatları təqdim edir [5]:
  2. ərizə;
    şəxsiyyəti təsdiq edən sənədin surəti;
    fiziki şəxsin yaşadığı yer haqqında məlumat.

    Əyani müraciət edilən gündən 2 gün ərzində şəxs qeydiyyat şəhadətnaməsini (VÖEN) sənəd şəklində əldə edir.

  3. Elektron qeydiyyat. Qeydiyyat müraciətin edildiyi gün həyata keçirilir və şəxs qeydiyyat şəhadətnaməsini (VÖEN) elektron formada həmin gün əldə edir. Lakin elektron qeydiyyat üçün öncə elektron imza alınmalıdır. Elek-tron imza almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilir və elektron imza sertifikatı alınır. Elektron imza sertifikatı zəruri sənədlər təqdim edildikdən sonra 2 gün ərzində verilir.
Beləliklə, fərdi sahibkarlığın qeydiyyatında heç bir problem yoxdur.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.