TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Virtual Tədris
SAHİBKARLIQ FƏALİYYƏTİ ÜÇÜN YER
Sabit Bağırov.

Fəaliyyətinizi evinizdə aparmaq mümkün deyilsə aşağıdakı üsullardan birini seçə bilərsiniz:

  1. uyğun yerin icarəyə götürülməsi;
  2. hazır tikilinin alınması;
  3. xüsusi yerin tikilməsi.

Bu variantlarda hər birinə dair özünəməxsus prosedurlar və rəsmiləşdirmə qaydaları var.

Yerin icarəyə götürülməsi.

Bu yer dövlət, bələdiyyə və xüsusi mülkiyyətdən icarəyə götürülə bilər.

Qərarınız dövlət mülkiyyətində olan yeri (bina, sahə) icarəyə götürməkdirsə, aşağıdakıları nəzərə almalısınız:

• Dövlət mülkiyyətində olan bina (sahə) yalnız müsabiqə vasitəsilə icarəyə götürülə bilər.

Tikilinin müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla Əmlak Məsələləri Dövlət Komitəsi (Komitə) tərəfindən həyata keçirilir. Müsabiqənin keçirilməsi üçün xüsusi komissiya (Komissiya) yaradılır və aylıq start qiyməti müəyyən edilir. Müsabiqədə iştirak etmək üçün Komissiyaya bir sıra sənədlər təqdim olunmalıdır. Bura: 1) ərizə, 2) obyektin aylıq start icarə haqqı məbləğinin 10%-i həcmində behin ödənilməsini təsdiq edən sənəd, 3) müsabiqə təklifi (bağlı zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir), 4) hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarışın və nizamnamənin surəti, fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti daxildir.

Müsabiqənin nəticəsi elan olunduğu gündən 30 gün sonra açıqlanır. Qalib gəlmiş şəxslə 20 gün ərzində icarə müqaviləsi bağlanır. İcarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun dövlət qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) ərazi idarələrinə müraciət olunur.

Biznesin təşkili məqsədilə bina (sahə, yer) bələdiyyədən icarəyə götürüldükdə, sahibkar aşağıdakı hüquqi prosedurlara əməl etməlidir: bələdiyyə ilə icarə müqaviləsi bağlanmalıdır;
İcarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun dövlət qeydiyyatı üçün DƏDRX-in ərazi idarələrinə müraciət olunmalıdır.

Hazır tikilinin alınması
Mülkiyyətçidən (dövlət, bələdiyyə və fiziki şəxs) asılı olaraq hazır binanın satın alınması qaydaları aşağıdakı kimidir:

Xüsusi yerin tikilməsi
Bu sahibkarlıq fəaliyyəti üçün yerin əldə olunması yollarından ən ağır və ay-larla vaxt tələb edən yoldur. Proses aşağıdakı mərhələlərdən ibarətdir:

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.