27 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Azərbaycan Respublikası prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 saylı "Ayrı-ayrı fəalıyyət növlərinə xüsusi icazə (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında" fərmanı sahibkarlıq fəalıyyətinin lisenziyalaşdırılmasının hüquqi tənzimləyən əsas sənəddir. Bu fərmanla "Azərbaycan Respublikasında ayrı-ayrı fəaliyyət növlərinə xüsusi icazə (lisenziya) verilməsi qaydaları" və xüsusi icazə (lisenziya) almalı olan fəaliyyət növlərinin siyahısı, eləcə də bu fəaliyyət növlərinə lisenziya verən orqanlar təsdiqlənib. Lisenziyalaşdırma ilə bağlı daha geniş məlumat əldə etmək üçün aşağıdakı sənədlərlə tanış olmağı təklif edirik: Hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarla yanaşı müxtəlif növ icazələr tətbiq olunur. Belə ki, indi ölkəmizdə 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy istənilir. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305-dir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi sahəsində qayda-qanun yaradılmasına və şəffaflığın təmin olunmasına yardım məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli 509 nömrəli fərmanına uyğun olaraq "İcazələrin elektron informasiya portalı" yaradılmışdır. Xüsusi icazə tələb olunan fəaliyyətlərin siyahısı və icazəni hansı dövlət qurumunun verdiyini öyrənmək üçün portalın "İcazələr" bölməsinə baxmaq lazımdır.
|
|||||||
1 ... 5 6 7 ... 12 |