Bu sənəddə göstərilir ki, sahibkarlara güzəştli kreditlər aşağıdakı məbləğlərdə verilir:
Kreditlər aşağıdakı müddətlərə verilir:
Sahibkarlıq subyektlərinə faiz dərəcəsi 1 %-dir. Müvəkkil kredit təşkilatları (bunlar barədə aşağıda qeydlər var) bu bir faizə 5% əlavə edirlər (bu təşkilatların rəsmi qazancı).
Güzəştli kreditlərin verilməsi mexanizmi belədir:
Gördüyümüz kimi, güzəştli kreditlər barədə qərarları SKMF qəbul edir, vəsaitlər isə müvəkkil kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) üzərindən verilir. Müvəkkil kredit təşkilatları ölkəmizin hər ray-onunda var. Bunların siyahısı hər rayon üzrə SKMF-in İnternet səhifəsində tapmaq olar (Əlavə məlumat üçün bax: Güzəştli kreditlərin verilməsi mexanizmi).
KSMF-nun üstünlük verdiyi istiqamətlər bunlardır:
2013-cü ildə SKMF cəmi 275 milyon manat həcmində güzəştli kreditlər verib. Bunlardan 19.2% kiçik layihələrə verilən kreditlər təşkil edib. Kredit vəsaitinin 1.6% orta layihələrə, 79.2% böyük layihələrə ayrılıb.
SKMF-dan başqa sahibkarlar kreditləri, o cümlədən mikrokreditləri həm kom-mersiya bankları (KB), həm də bank olmayan kredit təşkilatlarından (BOKT) ala bilərlər. Mərkəzi Bankın 2014-cü ilin sentyabr ayının sonuna olan məlumatına görə, Azərbaycanda 44 KB və 160 BOKT fəaliyyət göstərmişdir. 160 BOKT-dən 113-ü Kredit İttifaqlarının (Kİ), 46-sı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən Kredit Təşkilatlarının (BHTMKT), biri isə "AZƏRPOÇT" Məhdud Məsuliyyətli Cəmiyyətinin payına düşür.
Azərbaycanda Kredit Təşkilatlarını maliyyələşdirən beynəlxalq təşkilatlar bunlardır:
46 BHTMKT-nin müxtəlif regionlarda 209 filialı mövcuddur. Kredit İttifaqlarının regionlarda filialları mövcud deyildir.
Yuxarıda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təmin edilən kreditlərin (o cümlədən, kiçik kreditlər) verilmə metodları haqqında məlumat verilmişdir. Mikrokreditlərin digər təşkilatlar (banklar, kredit ittifaqları, beynəlxalq human-itar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları) tərəfindən verilmə modelləri tam üst-üstə düşməsə də, kifayət qədər oxşardır. Məsələn, Accessbank tərəfindən verilən mikrokreditin həcmi 100-30.000 ABŞ dolları arasındadır. Kredit 60 aya qədər müddətə verilir. Aylıq faiz dərəcəsi 1.5%-2.75% arasında dəyişir. Girov kimi əmlak (ev, mənzil, qeyri-yaşayış binaları, əkin sahələri), nəqliyyat vasitələri, avadanlıq və digərləri istifadə olunur. MIX Market təşkilatının 2014-cü ilin sonuna olan məlumatına əsasən adıçəkilən bankın kredit həcmi 1.047.258.959 ABŞ dolları təşkil etmişdir, kreditorların sayı isə 157 mini ötmüşdür.
Azərbaycanda digər məşhur bank olan Bank of Baku isə biznes üçün 500-30.000 ABŞ dolları həcmində, aylıq faiz dərəcəsi 1.83%-2.67% olmaqla 9-36 ay müddətinə mikrokreditlər verir.
Amrahbank biznes üçün 100-20.000 AZN həcmində illik faiz dərəcəsi 25% olmaqla, 36 aydan çox olmayan müddətə mikrokreditlər verir.
Unibank tərəfindən mikrobiznes üçün verilən kreditin həcmi isə 200-30.000 AZN arasındadır. Kreditlər aylıq faiz dərəcəsi 2% olmaqla 36 aya qədər olan müddətə verilir.
AGROINVEST kredit ittifaqı aqrar biznesə kreditlər verir. Kreditlərin həcmi adətən 5.000 AZN-i keçmir və biznes-layihənin xarakterindən asılı olaraq illik faiz dərəcəsi 7-36% arasında dəyişir. Biznes plandan asılı olaraq kreditlər 6 aydan 60 aya qədər olan müddətə verilir.
FINCA kredit təşkilatı isə biznes üçün illik faiz dərəcəsi 33%-dən başlayan faiz dərəcələri ilə 4 aydan 18 aya qədər olan müddətə 50-100.000 ABŞ dolları həcmində mikrokreditlər verir.
Adətən mikrokredit verilərkən aşağıdakılar tələb olunur:
ResponsAbility Investments AG təşkilatının tədqiqatlarına əsasən Azərbaycanda mikrokreditin orta həcmi 3.276 ABŞ dolları təşkil edir .
Beləliklə, gördüyümüz kimi, bu gün ölkəmizdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün pul tapmaq mümkündür.
Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).
Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. |
|