6 Oktyabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Qanunvericilik biznesmenin sahibkarlıq fəaliyyətinin gedişatında pozulmuş hüquqlarının müdafiəsinin bir neçə üsulunu nəzərdə tutur: bunu fəaliyyəti və ya fəaliyyətsizliyi ilə sahibkarın qanuni maraqlarına ziyan vurmuş şəxsin və ya təşkilatın tabe olduğu yuxarı orqana müracət etməklə, məhkəmə qaydası ilə, və ya prokurorluğa şikayət etməklə həll etmək olar. Bunlardan başqa fərdi sahibkarlar öz hüquqlarının qorunması ilə bağlı İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmenə) də müraciət edə bilərlər. Sahibkarlığın ümumi problemləri ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin, Nazirlər Kabinetinin, Milli Məclisin və Prezident Aparatının müvafiq şöbələrinə də müraciət edilə bilər. Bəzən sahibkarlara qarşı məmurların haqsız və açıq-aşkar qanun pozuntusu olan hərəkətlərinin qarşısını məsələni ictimailəşdirməklə, onu KİV-lərdə, qəzet, radio və televizayalarda bəyan etməklə də almaq mümkün olur. Yuxarı orqana şikayət Müdafiənin ən sadə üsulu – dövlət hakimiyyətinin aşağı orqanının qanunsuz əməllərindən onun tabe olduğu yuxarı struktura şikayətdir. Belə mexanizm tez-tez, məsələn, vergi orqanının qanunsuz hərəkətlərindən şikayət verilərkən tətbiq edilir. O nisbətən sadə olması ilə rahat bir yoldur: qanunla müəyyən edilmiş müddətlərə riayət edərək yuxarı instansiyaya yazılı şikayət göndərmək lazımdır. Həmin şikayətdə hansı hüquqların və hansı şəraitdə pozulması ətraflı göstərilməlidir. Şikayət göndərildikdən sonra yuxarı orqanın qərarını gözləmək lazımdır. Xatırladaq ki, yuxarı instansiyanın cavabı şikayət alındıqdan sonra qanunla müəyyən edilmiş müddəti ötə bilməz.
Müvafiq qanunvericilik aktları: Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu
|
||||||
1 ... 7 8 9 ... 12 |