TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 10 Dekabr 2018, Bazar ertəsi


Kiçik sahibkarlar üçün unikal təklif: İqtsadçılar yeni vergi modeli təklif edirlər

“Gənc iqtisadçı” proqramına iştirakçıların qəbulu haqqında
ELAN

 

“Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” “Biznesin Tədrisi və Məsləhətlər” MMC ilə birlikdə “Gənc iqtisadçı” Proqramına iştirakçıların qəbulunu elan edir. Proqramda iştirak edəcək gənclər (30 yaşa qədər) xüsusi təlimlərdən keçərək elmi araşdırma aparmaq və iqtisadi inkişaf mövzularında Siyasət Yazısını (Poliсy Paper) hazırlamaq istiqamətlərində bilik və bacarıqlar əldə edə biləcəklər.  Təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılar Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (ABŞ) sertifikatı ilə mükafatlandırılacaq. Onlardan ən uğurlu 6 (altı) gəncə əlavə olaraq Notebook hədiyə ediləcəkdir.

Proqram iştirakçılarının ilkin seçim kriteriləri bunlardır:
Mütləq kriterilər: 1) Yaş <= 30; 2) İştirakçının cinsi: önəmli deyil; 3) Təhsili: Universitetin 3-cü kursundan aşağı olmaması, maqisterlər, doktorantlar; 4) İxtisaslaşma: İqtisadiyyat və ya iqtisadi prosesləri tənzimləyən qanunvericilik; 5) Kompyüter bilikləri: Microsoft office (WORD, EXCELL, POWER POINT); 6) istənilən iqtisadi mövzuda maksimum 3 səhifəlik yazı (bu və ya digər mövcud problemin təsviri və ya hər hansı iqtisadi vəziyyətin təhlili).
Əlavə kriterilər: 1) Xarici dil səviyyəsi; 2) hər hansı kursların bitirilməsini təsdiq edən sertifikatlar.
Seçimin son mərhələsində müraciət edənlər müsahibəyə dəvət olunacaqlar.

Proqrama bunlar daxildir:
Policy Paper mövzusunda 2 günlük təlimdə iştirak (İyunun 27-28);
Policy Paper mövzusunun seçilməsi (İyun-İyul 2018);
Policy Paper-nin yazılması (İyul-Noyabr, 2018, Xüsusi Mentorun rəhbərliyində);
Policy Paper-nin "İqtisadi Forum" İnternet TV-də müzakirəsi (Noyabr və ya Dekabr, 2018);
Policy Paper-nin Dəyirmi masada təqdimatı (Yanvar və ya Fevral, 2019);
Policy Paper-nin nəşri (Fevral 2019);
Sertifikatla mükafatlandırma (Mart, 2019);
Policy Paper-lərin müsabiqəsində iştirak (könüllüdür). 6 qalib Notebook -la mükafatlandırılacaq (Aprel, 2019).

Proqramda iştirak etmək istəyən gənclər bu ünvana müraciət etməlidirlər:
bagirov.sabit@gmail.com
Müraciətə CV, istənilən iqtisadi mövzuda maksimum 3 səhifəlik yazı və əgər varsa sertifikatların surətləri əlavə edilməlidir.
Suallarla da həmin e-ünvana müraciət etmək olar.
Müraciətin son tarixi: 4 iyun 2018, saat 18.00-a qədərdir
Proqram Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (ABŞ) dəstəyi ilə həyata keçirilir.