28 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Dəyirmi Masada Kənd Təsərrüfatı Nazirliyinin, USAİD-nin ekspertləri, akademik dairələrin, müstəqil düşüncə mərkəzlərinin təmsilçiləri iştirak ediblər. Dəyirmi Masa iştirakçılarını salamlayan, SBİİYF sədri Sabit Bağırov Azərbaycanının DTT üzvlüyünün mövcud vəziyyəti ilə bağlı qısa məlumat verib. DTT-yə üzvlüklə bağlı prosesin 1997-ci ildən deyil, əslində 1995-ci ildən başlanıldığını önə çəkən Sabit Bağırov diqqəti ayrı-ayrı sahələr üzrə yaradılmış işçi qruplarının apardığı ikitərəfli və çoxtərəfli görüşlərin nəticələrinə yönəldib. Üzvlüklə bağlı müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsinin vacibliyindən danışan Fond sədri bugünkü tədbirdə MDB təcrübəsindən çıxan nəticələr ətrafında müzakirə aparılacağını bildirib və sözü İTM-in eksperti Qubad İbadoğluna verib. Qubad İbadoğlu çıxışına DTT-yə üzvlüyünün MDB təcrübəsindən danışmaqla başlayıb. Ekspert Moldovanın DTT-yə üzvlüyündən danışarkən üzvlüyün ixrac və idxala təsirindən bəhs edib, birbaşa xarici investisiyalarda artım göstəricilərinə toxunub, ölkənin güclənmiş biznes mühitinin və regional ticarətdəki mövqeyinin yaxşılaşmasına diqqət çəkib və sonda ümumi qiymətləndirmə aparıb. Ekspert Rusiyanın DTT-yə üzlüyü ilə bağlı prosesi təhlil edib, prosesin uzanmasına mane olan amilləri təsnifləşdirib, çıxışında Gömrük Birliyi və DTT-yə üzvlük, üzvlüklə bağlı məsələlər və ilkin şərtlər, güzəştlər və keçid dövrü, eyni zamanda, ən əlverişli ölkə prinsipi (MFN) üzrə tariflərin tətbiq edilməsi məsələlərindən bəhs edib. Natiq daha sonra DTT-yə üzvlüklə bağlı Qırğızıstan, Gürcüsatn təcrübəsinə də toxunub, Qazaxısatnın danışıqlar prosesinə ümumi nəzər salıb. Qubad İbadoğlu təqdimat zamanı daha çox Azərbaycanla bağlı məsələlər üzərində dayanıb, danışıqların ləngiməsi səbəblərinə toxunub və 2012-ci ilin oktyabrında Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev söylədiyi "Hesab edirəm ki, daxili istehsalı gücləndirmək prioritet məsələ olmalıdır. Buna tam şəkildə nail olandan və sənaye sahəsində istədiyimizə çatandan sonra, əlbəttə ki, Dünya Ticarət Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir" fikrinə əsaslanaraq hətta 2015-ci ildə belə bu üzvlüyün baş tutacağının real olmadığı qənaətini tədbir iştirakçıları ilə bölüşüb. Sonra təqdimat ətrafında çıxışlar olub. USAID-nin təmsilçisi, DTT məsələləri üzrə tanınmış ekspert Elxan Mikayılov ölkəmizin bu təşkilata üzvlüyünə mane olan səbəblərdən danışarkən cəmiyyətdə hakim fikir olan, DTT-yə üzv olduqdan sonra milli iqtisadiyyatın məhv olacağı barədə yanlış anlaşılma və MDB təcrübəsindən səhv nəticə çıxarılması məsələlərinə toxunub. Natiq bütün səylərin bu səhv nəticələrin aradan qaldırılmasına yönəldilməsinin vacibliyini vurğulayıb. Danışıqlar prosesinin 2007-2009-cu illər aralığında daha intensiv irəliləməsi fikri ilə razı olduğunu bildirən Elxan Mikayılov ən çətin danışıqların ABŞ və Avropa ölkələri ilə getdiyini bildirib. Artıq bu ölkələrlə əsas məsələlərin razılaşdırıldığını, yalnız kənd təsərrüfatı və təhsillə bağlı bəzi kiçik məsələlərdə hələki razılığa gəlinmədiyini söyləyib. USAID-nin digər təmsilçisi, hüquqşünas Eldar Qocayev DTT-yə üzvlüklə bağlı qanunvericilik aktları üzərində gedən işlərlə bağlı məlumat verib, bu təşkilata üzvlüyün gecikdirilməsinin əsas səbəbi kimi göstərilən daxili bazarın qorunması və rəqabətqabiliyyətli vəziyyətə gətirlməsi ilə bağlı arqumentə münasibətini bildirib. Onun fikrincə, Azərbyacan DTT-yə üzv olmayana qədər ölkəmizdə rəqabətqabiliyyətli məhsul istehsalı da mümkün olmayacaq. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev DTT-nin ölkəmizin akademik dairələri tərəfindən milli iqtisadiyyatın qənimi kimi təqdim edilməsinin kökündə alimlərimizin rusdilli olmasının durduğunu deyib. Ekspertin fikrincə, bu sahə ilə bağlı rus iqtisadi ədəbiyyatlarında bilərəkdən DTT gözdən salınır, sahibkarların nəzərində onun qorxunc obrazı yaradılır. İqtisadi Resursların öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev DTT-nin milli iqtisadiyyatın inkişafı üçün məqsəd kimi göstərilməsi fikrinə etiraz edib və onu bir vasitə adlandırıb. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elman İbişov isə proteksionist siyasətin yeridilməsi fikrini dəstəklədiyini bildirib və DTT-yə üzvlüklə bağlı prioritet məsələnin milli iqsiadiyyatın qorunması olduğunu vurğulayıb. Müzakirələrin leytmotivi kimi edilən səhvlərdən qaçılması, onların təkrarlanmaması baxımından MDB ölkələrin təsrübəsindən çıxan nəticələrin ölkəmizin DTT üzvlüyünə qəbulu zamanı əsas götürlməsi fikri səsləndirilib.
|
||||
1 ... 5 6 7 ... 10 |