2 Noyabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Dövlət vergiləri dedikdə, Azərbacan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Dövlət vergilərinə aşağıdakılar aiddir: 1) fiziki şəxslərin gəlir vergisi; 2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 3) əlavə dəyər vergisi; 4) aksizlər; 5) hüquqi şəxslərin əmlak vergisi; 6) hüquqi şəxslərin torpaq vergisi; 7) yol vergisi; 8) mədən vergisi; 9) sadələşdirilmiş vergi. Bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri qanunvericiliklə müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Azərbaycan Respublikası qanunverciliyi ilə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda sadalanan dövlət vergiləri aiddir.Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 1) fiziki şəxslərin torpaq vergisi; 2) fiziki şəxslərin əmlak vergisi; 3)yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 4)bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: - öz qanunvericliyinə görə vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; - öz qanunvericliyinə görə vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər; - Azərbaycan Respublikasının dövlət vergi orqanları; - Azərbaycan Respublikasının gömrük orqanları; - vergi qanunvericiliyi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları; - dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1) vergitutma obyekti; 2) vergitutma bazası; 3) vergi dövrü; 4) vergi dərəcəsi; 5) verginin hesablanması qaydası; 6) verginin ödənilməsi qaydası və müddəti. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Mənbə: "Expert SM" beynəlxalq hüquq və konsaaltinq şirkəti.
|
||||||
1 ... 8 9 10 ... 12 |